Növbəti “BirKart BOKT” filialı fəaliyyətə başladı

Növbəti “BirKart BOKT” filialı fəaliyyətə başladı
 

Kapital Bank-ın təsisçi olduğu "BirKart BOKT” MMC-nin növbəti Həzi Aslanov filialı olan "BirKart Mərkəzi" fəaliyyətə başladı. Filial Bakının Xətai rayonunda, Məhəmməd Hadi küçəsi 73 ünvanında (Həzi Aslanov metro stansiyasının çıxışında) yerləşir. Filial hər gün saat 10:00-dan 18:00-dək müştərilərə xidmət göstərir.

Burada müştərilər ümumi olaraq BirKart haqqında, eyni zamanda partnyor guşəsində Kapital Bank-ın partnyorları və onların kampaniyaları barədə ətraflı məlumat əldə edə bilərlər. Həmçinin, əlavə imkan kimi daxildə yerləşən müəyyən partnyorların stendləri ilə tanış olub BirKart rəsmiləşdirilməsindən sonra müvafiq məhsulları taksitdən istifadə etməklə, əldə edə bilərlər.

Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 4000-dək partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.
Bu kartları məvacib və təqaüdünü Kapital Bank-dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər həm "BirKart BOKT” MMC filiallarına, həmçinin Kapital Bank-ın istənilən digər filiallarına müraciət edə bilərlər.  

OXŞAR XƏBƏRLƏR

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.   Sfera.az xəbər verir ki, ya...

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc e...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

19:23   Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə g...

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...