Norveçin Svalbard adalarındakı “Qiyamət anbarı” – Planeti aclıq gözləyir, o anbarda isə...
14:19 / 01.03.2021
3976
"İllərdir, ənənəvi kənd toyuqlarının məhv edilməsi
layihəsi üzərində işlər gedir. Lakin layihə bir neçə dəfə boşuna çıxıb. Bu,
heyvanları hormonal yemlərdən asılı saxlamaq üçün onların broylerləşdirilməsi
yolunda aparılan təbliğatdır”.
Bu sözləri Sfera.az-a Ukrayna Kulinarlar
Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida
texnoloqu Ağa Salamov deyib.
O, quş qripinin olduğunu, lakin bunun süni və
bioloji olaraq hazırlandığını qeyd edib: "Hədəf yer üzündəki insan sayını 500
milyona qədər salınmasıdır. Bilirsiniz, kənd toyuqları təbii otlarla, yemlərlə
qidalanırlar. Buna görə onların əti də organik sayılır, nəinki, hormonal iynələrin
vurulduğu broyler toyuqları. Bu da süfrəmizə hormonal qidanın gəlib çıxmasına səbəb
olur. Bu gün ətrafa nəzər salanda trans yağlar kimi, trans insanların da əmələ
gəldiyini görə bilərik.
Qida kimyasına nəzər saldıqda, hidrogenlərinin
yeri dəyişdiyinə görə bu yağlara trans deyilir. Bütün yağlarda, yemlərdə,
bitkilərdə - ümumiyyətlə GMO üzərində
böyük təbliğat gedir. GMO-nu da maskalayıb hibrid adı altında insanlara
satırlar. Bu gün Azərbaycanda da araşdırılma aparılsa, hibrid toxumların
satışının çoxaldığını müşahidə edə bilərik. Arıtq hibrid toxumlardan əmələ gələn
bitkilərlə heyvanlar da, insanlar da qidalanır. Heyvanların əti də hormon
pozuntusuna məruz qalır ki, bu da insanları böyük fəsadlarla üz-üzə qoyur”.
Müsahibimiz həmçinin aclıq pandemiyasından da
söz açıb: "Bu yaxınlarda BMT-nin qida proqramının icraçı direktoru Devid
Beasley aclıq pandemiyası ilə bağlı rəsmi açıqlama verdi. Onun çıxışı bütün
dünyanı şoka saldı. O, bildirdi ki, bunun qarşısı alınmasa, ayda 100 min, 3
ayda 300 min insan aclıqdan öləcək. Statistikaya nəzər salsaq, gündə 25 min,
ildə 9 milyon insanın aclıqdan öldüyünü görürük. D.Beasleyin qeyd etdiyi rəqəmlər
real olarsa, artıq aclıqdan ölən insanların sayı 10 milyonu ötəcək.
Dünyada "Qiyamət anbarı” deyilən toxum anbarı
var və bu, Norveçin Svalbard adalarında yerləşir. Yerin 130 metr dərinliyində
tikilən anbar təbii fəlakətlərə belə dözümlü yerdir. Orada 980 min çeşid
toxum, hərəsindən də ən azı 500 ədəd var
və mənfi 18 dərəcədə saxlanılır. Bu temperatur toxumların ömrünün uzanmasına gətirib
çıxarır. Bill Qeytsin isə Uqandada başladılan 15 milyon dollarlıq bir layihəsi
var və bu, bananın A vitamini ilə zənginləşdirilib istehsal edilməsidir.
Ümumiyyətlə tropik bölgələrdə yerli toxum əkən fermer yoxdur. Bu gün Uqandada,
Amerikanın müəyyən bölgələrində A vitamini ilə zənginləşdirilmiş hibrid
bananlar istehsal olunur. Hibrid isə insanlar üçün bir o qədər də faydalı deyil”.
A.Salamov həmçinin çıxış yolundan da danışıb:
"Qardaş Türkiyə ilə birlikdə Norveçdəki "Qimayət anbarı”ndan yaratmalıyıq.
Çünki bizim əlimizdə organik toxumlar qalıb və bunları anbarda mühafizə etməliyik.
Məqsəd hər ölkənin özünün toxum anbarının olmasıdır. Sabah onlar mühafizə
etdikləri toxumlardan verməsələr,
"Solar food" – günəşdən əldə edilmiş süni proteini istehlak
etmək məcburiyyəti olacaq. Məqsədləri insanları öz istehsal etdikləri süni
qidalarla yedizdirməkdir.
"Solar food”dan hazırlanmış protein, zülal
proqramlaşmağa meyllidir. Sabah insanlara biometrik çip qoyularsa, o zaman bədənləri
idarə etmək onların əlində olacaq. Əksi
olarsa belə, onların hibridlə hazırlanmış toxumu insanlığın sonunu gətirəcək. Biz təbii qida məhsulları istehsal etməliyik
ki, immun sistemimiz güclü olsun. Əgər Devid Beasley aclıq pandemiyası ilə
bağlı mesaj veribsə, boşuna deyil. Gələcək
üçün planlı şəkildə toxumlarımızı mühafizə etməliyik. Kimlərinsə süni qidaları
ilə üz-üzə qalmamaqdan ötrü kənd təsərrüfatını
inkişaf etdirməli, öz toxumlarımızı istehsal etməli və bunu başqa ölkələrə
verməli deyilik”.
Günay Rəsulqızı
Sfera.az