No Image

Norveç hökuməti "Qarabağ" - "Molde" oyunuyla bağlı qərarını verdi

Norveç hökuməti
 

"Qarabağ" Çempionlar Liqasının III təsnifatında qarşılaşacağı "Molde" matçı ilə bağlı daha bir bəd xəbər alıb.

Sfera.az-ın məlumatına görə, klubun qarşılaşma üçün istisna xahişini cavabsız qoyub.

Bunu mədəniyyət naziri Abid Raca yerli mətbuata açıqlamasında deyib: "Molde”nin Azərbaycan səfərindən sonra Norveçdə karantinə alınmaması üçün etdiyi müraciətin cavablandırmadıq. Təəssüf ki, "Molde”nin "Qarabağ”la oyununa qədər mümkün istisna ilə bağlı cavab alınmayacaq. Buna görə də, mən Norveç Futbol Federasiyasını və "Molde” klubunu məlumatlandırdım ki, gələn həftənin sonuna qədər hökumətin məsələyə reaksiyası olmayacaq.

Yəni proqramlarını buna uyğun qurmalıdırlar. Bu isə o deməkdir ki, UEFA-nın əsasnaməsinə uyğun şəkildə "Qarabağ”la qarşılaşmanın neytral meydanda keçirilməsi planlaşdırılmalıdır”.

Qeyd edək ki, "Qarabağ” – "Molde” oyunu sentyabrın 16-da Bakıya salınsa da, UEFA hələlik yekun qərarını verməyib.

OXŞAR XƏBƏRLƏR