“Nizami” metrosu dünyanın ilk beşliyində - FOTO

“Nizami” metrosu dünyanın ilk beşliyində -  FOTO
"Qafqaz Xəbərləri" nəşri dünyanın ən gözəl stansiyalarının reytinqini dərc edib. Siyahıda Bakı Metropoliteninin "Nizami" stansiyası da yer alıb.
 
Reytinq cədvəlində birinci yerdə qərarlaşan Tayvanın Qaosyun şəhərində yerləşən "Formoza Bulvarı" metro stansiyası şüşə panellərdən işlənmiş göz oxşayan tərtibata malikdir. Panelin uzunluğu 4500 metrdir. Yüzlərlə ayrı-ayrı şüşə hissələrindən işlənmiş parlaq mozaikanı rəssam Narçis Kvolyata ərsəyə gətirib. Kaleydosk effekti sayəsində bu metro stansiyası yeni ailə həyatı qurmuş şəxslərin sevimli fotoçəkiliş meydançasına çevrilib.
 
 
30 metrlik diametrə malik günbəzdə insan həyatının 4 əsas ünsürü həkk edilib. "Su" - həyat, "Yer" - inkişaf və iqtisadi yüksəliş, "İşıq" - yaradıcılıq ruhu, "Od" isə sevgi və dözümlülük mənasını ifadə edir. İtaliyanın Neapol şəhərində yerləşən "Toledo" metro stansiyası "İşıq panelləri" sayəsində ən gözəl yerlərdən biridir. Bundan başqa, bu metro stansiyası, həmçinin Neapolda ən dərin stansiyalardan hesab edilir.
 
Moskvanın "Komsomol" metro stansiyası arxitekturasına görə klassisizm elementlərini özündə birləşdirən möhtəşəmliyi, təmtəraqlılığı ilə seçilən Stalin ampirinin apofeozudur. Stansiyanın şimal sonluğunda kiçik günbəzli avanzala doğru aparan pilləkən yerləşir. Uzun və geniş dəhliz avanzaldan eskalator tunelinə doğru davam edir. Eskalator tuneli öz növbəsində hər iki stansiya qovşağı üçün ümumi yerüstü vestibülə aparır. Böyük Vətən müharibəsində sovet xalqının zəfəri stansiya interyerlərinin arxitekturasında aparıcı mövzudur.
 
"Nizami" stansiyası Bakı metropoliteninin ilk xəttinin sonuncu stansiyasıdır. Mühüm inzibati və elmi mərkəzlərin yerləşdiyi Bakının Dağlıq hissəsinə aparan metropoliten xəttinin əvvəli burdan başlanır. Amma bu stansiyanın reytinqdə yer almasının tək səbəbi bu deyil. Nəşrdə qeyd edilir ki, "Nizami" - eskalatorlarla təchiz edilmiş dərin stansiyadır. Azad qadın heykəlinin yaxınlığında yerləşir. Stansiyanın daxili hissəsinin tərtibatında milli memarlığın ən gözəl nümunələrindən istifadə edilib.
 
 
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə adlandırılmış "Nizami" stansiyası Bakı Metropoliteninin ən gözəl işlənmiş stansiyalarından biridir. Bu stansiya SSRİ xalq memarı akademik M. Useynovun layihəsi üzrə inşa edilib. Yeraltı metro stansiyasını Nizami Gəncəvinin mozaika portreti və onun əsərlərinin pannosu bəzəyir.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...