Neslihan Atagül xəstələndi, “Sefirin kızı”nın çəkilişləri dayandı

Neslihan Atagül xəstələndi, “Sefirin kızı”nın çəkilişləri dayandı
Türkiyəli aktrisa Neslihan Atagül xəstəlik səbəbindən hazırda rol aldığı serialın çəkilişlərinə qatıla bilməyib.

Sfera.az xəbər verir ki, sürətlə arıqlamağa başlayan aktrisaya həkimlər qıcıqlanmış bağırsaq sindromu diaqnozu qoyublar.

O, səhhətində yaranmış problemə görə, 10 günlük icazə alaraq ev şəraitində dincəlməyə qərar verib.

Neslihan Atagül "Sefirin Kızı” serialında Nare obrazını canlandırır.

Jalə Mehdi
Sfera.az



OXŞAR XƏBƏRLƏR