Nəsimi rayon İcra Hakimiyyətində videomüşavirə keçirilib - FOTOLAR

Nəsimi rayon İcra Hakimiyyətində videomüşavirə keçirilib - FOTOLAR
 

Nəsimi rayonunda rayon İcra Hakimiyyəti Başçısının sədrliyi ilə İcra Hakimiyyətinin məsul əməkdaşları, RİH Başçısının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin, rayon Bələdiyyəsi sədrinin, rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi rəisinin, rayon ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə müəssisələri rəhbərlərinin, ictimai təşkilatların rayon şöbələrinin sədrlərinin və bir qrup könüllülərin iştirakı ilə geniş tərkibli videomüşavirə keçirilib.

İH-dən Sfera.az-a verilən məlumata görə, müşavirədə ölkə başçısı İlham Əliyevin 01-14 may 2020-ci il tarixlərində keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar barədə məlumatlar verilib. Rayon İcra Hakimiyyətinin Baçşısı Asif Əsgərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə COVİD - 19 pandemiyasına qarşı aparılan mübarizənin öz bəhrəsini verdiyini bildirdi. Asif Əsgərov çıxışına davam edərək qeyd etdi ki, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında vaxtında görülmüş qabaqlayıcı profilaktik tədbirlər nəticəsində bu virusun ölkəmizdə geniş fəsadlar yaratmasının qarşısı alındı, belə bir çətin günlərdə respublikada xalqla prezidentin birliyi bir daha sübut olundu. Respublikamızda keçirilən humanitar və sosial aksiyaların təşkilindən danışan natiq bu işlərdəki əvəzsiz xidmətlərinə görə rayon sakinləri adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz dərin təşəkkürünü bildirdi.

Asif Əsgərov son günlərdə vəzifə səlahiyyətlərindən öz mənafelərinə uyğun istifadə edən şəxslərin qanunla cəzalandırılmasının ölkə başçısının qarşıya qoyduğu tapşırıqların icrasında hər kəsin şəffaf olunmalı olduğunun sübutu olduğunu qeyd etdi.

Müşavirədə çıxış edənlər 01-14 may tarixlərində ölkə başçısı cənab İlham Əliyevin iştirak etdiyi mühüm görüşlər barədə və imzaladığı fərman və sərəncamlar haqqında məlumatlar verərək Respublika prezidentinin iştirakı ilə Qoşulmama hərəkatının təmas qrupu formatında Zirvə görüşü, Sumqayıtda "Gilan Tekstil Park” MMC-nin tibbi maska fabrikinin və qoruyucu kombinzonların istehsalı müəssisəsinin və modul tipli xəstəxana komplekərinin açılış mərasimlərindəki çıxışları, Azərbaycan Respublikasının yeni baş prokurorunun və Kəlbəcər rayon İcra Hakimiyyətinin yeni başçısının videoqəbulu zamanı söylədiyi fikirlər, tapşırıq və tövsiyyələr barədə məlumatlar verdilər.

Videomüşavirə zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin ictimai –siyasi həyatında baş verən hadisələrlə bağlı fikirlərinin, həyata keçirən layihələr haqqında məlumatların ətraflı öyrənilməsi və əhaliyə çatdırılması xüsusi qeyd olundu.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...