\"Neftçi\" 5 məşqçi ilə vidalaşdı - RƏSMİ

\
 "Neftçi” Futbol Akademiyasının müqaviləsi başa çatan məşqçiləri ilə qarşılıqlı razılaşma əsasında yolları ayrılıb.

Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçilər Elnur İmamquliyev (U-15) və Ceyhun Əhmədov (U-10), köməkçi məşqçilər Ceyhun Rzayev (U-19) və Ədəhim Niftəliyev (U-14), eləcə də qapıçılar üzrə məşqçi Ramiz Əhmədova növbəti ayın əməkhaqqı ödənilərək onlarla əməkdaşlığa son qoyulub. 

Paytaxt təmsilçisi mütəxəssislərə xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb. (report.az)

OXŞAR XƏBƏRLƏR