Neft Fondu dolların payını azaldacaq
İqtisadiyyat
15:05 / 06.12.2021
494
Azərbaycan Dövlət Neft Fondu 2022-ci ildə investisiya portfelində ABŞ dollarının payını azaldacaq.
Posta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu il 69,1 faiz olan dolların payı gələn il 65 faizə düşəcək. Gələn il investisiya portfelinin 20 faizi avroda, 5 faizi ingilis funt-sterlinqində, 10 faizi digər xarici valyutalarda olacaq.
2021-ci illə müqayisədə gələn il digər valyutaların payında artım görünür. Belə ki, bu il portfelin 6,5 faizi digər valyutalardadır. Gələn il digər valyutaların payı 10 faizə çatdırılacaq.
Qeyd edək ki, Neft Fondunun dollarda olan aktivlərinin bir hissəsi qızıl şəklindədir. Hazırda Fondun cəmi aktivlərinin 12 faizi qızılda saxlanılır. Görünür, gələn il qızılın qiymətində enmə proqnozlaşdırılır ki, bu da ümumən dolların payının azalması ilə nəticələnəcək. Gələn il dünya iqtisadiyyatının böhrandan tam çıxacağı, dolların müəyyən qədər bahalaşacağı, qızılın isə bir qədər uuzlaşacağı proqnozlaşdırılır.
Vasif
Sfera.az