\"Nəbz yoxlamaq üçün ortaya atılıb\" - Sərhədlərlə bağlı iddialara aydınlıq gətirildi

\
Bir neçə gündür, Azərbaycanla Ermənistan arasında iki sənədin imzalanacağı ilə bağlı xəbərlər müzakirə obyekti olub. Əsas diqqətçəkən məqamlardan biri də budur ki, erməni mətbuatının iddiasına görə, iki ölkə arasında delimitasiya və demarkasiya işləri, 1920-ci ilin xəritələrinə əsasən aparılacaq. Belə olacağı təqdirdə isə Ermənistan tərəfi Qərbi Zəngəzurla yanaşı, Göyçə gölünün şərq sahillərindəki torpaqları və Tavuş bölgəsini Azərbaycana təhvil verməlidir.
 
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Teymur Qasımlı deyib ki, uzun müddətdir Ermənistan tərəfi, beynəlxalq ictimaiyyət həbs etdiyimiz diversantlarla bağlı bizə təzyiq edirdilər, lakin XİN rəhbərimiz Ceyhun Bayramovun Nyu-York, Minsk görüşlərindən sonra, siyasi proseslər maraqlı məcraya getməyə başladı. 

Müsahibimiz 5 erməni diversantının qaytarılmasını, Minskdə Paşinyanın Zəngəzur dəhlizinin açılması və digər kommunikasilarla bağlı çıxışını xatırladıb:
 
"Bu günlərdə isə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın görüşəcəyi və sülh müqaviləsinin imzalanacağı iddia edilir. Burada 1920-ci ilin xəritəsi əsasında, Azərbaycanın ərazi bütövlüyünün tanınacağı və nəqliyyat kommunikasiya məsələlərinin yer alacağı bildirilir. 1920-ci il xəritələri əsasında sülh müqaviləsi imzalanarsa, bu, yaxşı haldır. Əgər belə olsa, Zəngəzur, digər itirilmiş ərazilərimiz bizə qayıdır. Amma bu ehtimalı mümkünsüz hesab edirəm. Çünki bununla Ermənistan razılaşmaz, Rusiya icazə verməz. Torpaqların demək olar ki, hamısının alınıb Ermənistana verilməsinin səbəbkarı Çar Rusiyası olub. Delimitasiya və demarkasiya işlərinin 1920-ci il xəritələri əsasında aparılması kimi fikirlərlə başımızı qatırlar”.

Politoloq qeyd edib ki, burada 1965-1970-ci illərdə olan xəritələrdən söz açmaq olar:

"Məhz bu xəritələr əsasında sülh müqaviləsi danışıqları gedir. Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putinin, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə noyabrın ilk ongünlüyündə Moskvada görüşün keçiriləcəyi deyilib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə deyib ki, ilin sonuna gözlənilir. Ermənistan XİN isə belə bir görüşü təkzib edib. Bunu təbii sayıram. Çünki bu məsələlər çıxandan sonra, Ermənistanda aləm bir-birinə dəyib, Köçəryan mitinq edib, erməni mətbuatı Paşinyanı dövlət maraqlarına xəyanət etməkdə ittiham edir. O cümlədən müxalifət və digər məsələlər baş verir.

Amma həm də, görüşün olacağı ilə bağlı diplomatik mənbələrdən alınan məlumatlar da var. Əgər mübahisəli məsələlər həllini tapacaqsa, o cümlədən Qarabağdakı qeyri-qanuni silahlı birləşmələr çıxarılacaqsa, şərtlərimizə əməl ediləcəksə, sülh müqaviləsi  imzalanması uyğundur. Hətta belə iddialar var ki, sərhəd məsələsində qarşılıqlı mübadilə də ola bilər – yəni biz onlara nəsə verəcəyik, ərazi olaraq onlar bizə nəsə qaytaracaq və s. Qazaxın 7 kəndi, Naxçıvanın Kərki kəndi və digər məsələlər də gündəmdədir. 1920-ci il xəritələri ilə bağlı ehtimalı düşünürəm ki, nəbz yoxlamaq üçün ortaya atıblar. Bu baxımdan prosesləri izləməyin, səbr etməyin tərəfdarıyam”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...