“Nə mühafizəçim olub, nə də qulluqçum” - Misir Mərdanov

“Nə mühafizəçim olub, nə də qulluqçum” - Misir Mərdanov
Azərbaycanın sabiq Təhsil naziri, hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdənov "Space Tv"də yayımlanan "Sadə həqiqətlər" verilişinin qonağı olub.
Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, Mərdanov qonaq olduğu verilişdə maraqlı açıqlamaları ilə yadda qalıb.

O, əvvəlcə oliqarx olmasıyla bağlı yayılan iddialara münasibət bildirib:

"Oliqarx olmamışam. Bunu heç arzu da etməmişəm. Həmişə sadə adam olmuşam. Bunu cəmiyyət yaxşı bilir. Hər zaman camaatın içində olmuşam. Heç bir zaman mühafizəçim olmayıb. Uşaqlarım digərlərinin övladlarından seçilməyib. Əgər belə adama oliqarx deyirlərsə, mən belə olmuşam. Evimizdə qulluqçu da olmayıb. Ataların bir misalı var, dad görməmişin əlindən. Biz həmişə görə-görə gəlmişik. Bu da dəyişməməyimin əsas səbəblərindən biridir".

Bir müddət əvvəl YAP icra katibinin müavini Siyavuş Novruzovun eks-nazirlər barədə sensasiyalı açıqlama verərək, sabiq nazirləri xaricdə iqtidara qarşı mübarizə aparanları maliyyələşdirməkdə, milyardlar qazanmaqda, mövcud hakimiyyətin mövqeyini müdafiə etməməkdə günahlandırıb. 

Misir Mərdanov bu məsələyə də münasibət bildirib:

"Mənim fikrimcə, orada heç bir həqiqət yoxdur. Bu məsələyə münasibətimi bildirmişəm. Bunun mənə aidiyyəti yoxdur. Çünki nə altımda, nə də üstümdə milyardlarım olub. Həmişə mövqeyim aydın olub. Məncə, çox danışmaqdansa, çox iş görmək lazımdır". 

Mərdanov nazir postundan getməsindən də söz açıb:

"Bunu özümə qətiyyən dərd hesab etmədim. Bir adam vəzifədə nə qədər işləyə bilər? Məni dəvət etdilər. Dedilər ki, sən özün vəzifədən getmək üçün dəfələrlə müraciət etmisən. Həqiqətən də müraciət etmişdim. Bildirdilər ki, vəzifədən getməyin qərara alınıb. Mən də təşəkkürümü bildirdim. Getdim işə, bir dənə çantam var idi, onu götürüb evə yollandım. Mən nazir vəzifəsində BDU-nun rektorluğundan getmişdim. BDU-da rektor olmaq heç də nazir vəzifəsindən geri qalmır. Mən necə idimsə, elə də qalmışam".  

OXŞAR XƏBƏRLƏR

Dünya ölkələri COVID-19-la mübarizədə yeganə çıxış yolunu məhdudiyyətlərin yenidən sərtləşdirilməsində görürlər

 Dünyanın bir çox ölkələri koronavirusla bağlı məhdudiyyətləri yumşaltdıqdan sonra ciddi problemlərlə üzləşiblər. Məhdudiyyətlərin yumşaldıldığı ölkələrdə ...

Sahibkarlara dövlətdən növbəti dəstək - QƏRAR VERİLDİ

 Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövl...

TƏBİB məlumat yaydı - SON DƏQİQƏ!

 Azərbaycanda süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı 59 nəfərdir. Bu barədə Sfera.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə ...

Kimlərin koronavirusa yoluxma ehtimalı yüksəkdir? - “E-Təbib”-dən AÇIQLAMA

 Son iki gün ərzində COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə yaradılan "e-Təbib” mobil tətbiq əlavəsində "sarı" statuslu insanla...

Təhsil Nazirliyi: 1 565 müəllim iş yerini dəyişib

 Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi...

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı, 10 nəfər öldü

 Azərbaycanda 548 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 491 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Sfera.az-...