Cəmİyyət

Nə etdiyinizi özünüz anlayırsınız? – AZAL Hava Yollarına sərt ittihamlar

Nə etdiyinizi özünüz anlayırsınız? – AZAL Hava Yollarına sərt ittihamlar

Günay Rəhimova adlı istifadəçi "Müştəriyəm Şikayətim Var” qrupunda şikayətini yazıb.


Sfera.az "Azal Hava Yolları”nda qarşılaşdığı xoşagəlməz olayı diqqətə çatdıran xanımın paylaşımını təqdim edir: "Şikayətim "Azal Hava Yolları”ndandır. Əvvəla, biri bizə izah etsin ki, o təyyarədə payladığınız mənasız vərəqlər nə üçündür? Stüardessa xanımlardan soruşuruq ki, bu nədir belə? Cavab verirlər ki, sağlamlıq göstəricisidir...

"Nəə??? Nəyin sağlamlıq göstəricisi? Təsəvvür edin ki, mən koronaviruslu xəstəyəm. Təyyarədəkilərə vərəqələr paylayıb bildirirəm ki, "ay camaat, mən xəstəyəm e, xəbəriniz var? "

Fikrinin davamı olaraq, "AZAL” məsulllarına müraciət edən Günay Rəhimova onlara sual edir:

"Nə etdiyinizi özünüz anlayırsınız? Birincisi, o vərəqələrdəki yazının heç bir bəndində xəstəlik haqda, sərnişinlərdə müşahidə olunan əlamətlər barədə söhbət belə keçmir. İkincisi, təyyarədə hamı öskürürdü. Bir Allah bəndəsi belə o öskürənlərə yaxınlaşıb heç nə soruşmadı. Maska taxın deyə, xəbərdarlıq etmədi. Və sonuncusu, ən ac halınızda belə özünüz o mənşəyi məlum olmayan göyərti qarışıqlı makaronu yeməzsiniz! Bəs bizə niyə yedirtməyə cəhd edirsiniz?”

Karantin dövründə təyyarələrdəki natəmizliyin xüsusilə təhlükəli olduğunu vurğulayan xanım istifadəçi fikrini belə tamamlayıb:

"Hər şey bir yana, təyyarədəki natəmizlik, oturacaqların çirki gözə girirdi. İndi deyin görüm, haradan əmin olum ki, məndən öncə o oturacaqda bir İranlı, çinli, ya İtalyan oturmayıb?

Uzun zamanTHY ilə uçduğumdan, "AZAL”dakı nöqsanları, çatışmazlıqları unutmuşdum. Özü də karantin dövründə...”

 

 

Selcan

Sfera.az

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930