Nazirlikdən növbəti tədris ili ilə bağlı TAPŞIRIQ

Nazirlikdən növbəti tədris ili ilə bağlı TAPŞIRIQ
 

Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın iştirakı ilə "Ümumi təhsil sahəsində 2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq” mövzusunda virtual müşavirə keçirilib.

Sfera.az xəbər verir ki, müşavirədə Nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsi, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşları, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və yerli təhsili idarəetmə orqanlarının rəhbərləri iştirak ediblər.

M.Vəliyeva çıxış edərək 2019-2020-ci tədris ilində əldə edilmiş uğurlar, pandemiyanın təsiri və ona qarşı atılan addımlar haqqında məlumat verib.

Nazir müavini həmçinin qarşıdan gələn tədris ili ilə bağlı müvafiq tapşırıqları diqqətə çatdırıb.

Sentyabrın 15-dən dərslərin başlanması haqqında dəqiq məlumat yoxdur.

Bu vəziyyətlə bağlı qərar veriləcək.

Sonra çıxış edən Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu növbəti tədris ilinə hazırlıq, mövcud vəziyyətin yarada biləcəyi çətinliklər və ona qarşı görüləcək tədbirlər haqqında dünya təcrübəsindən danışıb.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşı Fidan Nəcəfova "Virtual məktəb” layihəsi üzrə yay aylarında nəzərdə tutulan fəaliyyətlərdən, layihənin müəllim və şagirdlər üçün yaratdığı imkanlardan söz açıb.

Sonda müşavirə iştirakçılarının sualları cavablandırılıb, həmçinin yay tətili ərzində müxtəlif mövzulu virtual müşavirələrin keçirilməsi qərara alınıb.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...