Nazirlik Bakı meriyasını məhkəməyə verdi

Nazirlik Bakı meriyasını məhkəməyə verdi

Vergilər Nazirliyi 1 saylı İnzibati-İqtisad Məhkəməsinə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldırıb.

Sfera.az "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, nazirliyin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin keçirdiyi reyd zamanı  Bakı şəhər Ticarət və Xidmət Departamentinin "Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” MMC-yə məxsus ticarət obyektlərindan aksiz markası olmayan siqaretlər aşkarılanıb.

İddia ərizəsində irəli sürülüb ki, MMC-yə məxsus, aksiz markaları ilə markalanmamış alış dəyəri 395 manat olan 166 ədəd tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi  barədə qətnamə qəbul edilsin.

Bakı Şəhər İcra Hakimiyyətindən "Qafqazinfo”ya bildirilib ki, özləri də bu reydlərin keçirilməsində maraqlıdırlar və nazirliklə birgə keçirirlər. Həmin siqaretləri isə satıcılar özləri kənardan əldə edərək satışını qanunsuz olaraq həyata keçirirlər.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...