No Image
No Image

Nazirlik açıqladı: İnternet şəbəkəsi genişləndirilir

Nazirlik açıqladı: İnternet şəbəkəsi genişləndirilir
Hazırda Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir.

Bu barədə Sfera.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, regionlarda əhalinin telekommunikasiya xidmətlərinə tələbatını təmin etmək məqsədilə Nazirlik nəzdindəki "Aztelekom" MMC infrastruktur layihələrini mərhələli şəkildə reallaşdıraraq rabitə şəbəkəsini genişləndirir:

"Regionlara ötürülən trafikin həcminin artırılması üçün bir optik lif vasitəsilə bir neçə informasiya kanalının ötürməyə imkan verən DWDM spektral sıxılma texnologiyası və IP-MPLS çoxprotokollu kommutasiya texnologiyası tətbiq edilib. Nəticədə magistral xətlərin buraxılış qabiliyyəti 100 dəfə artıb".

Nazirlikdən, həmçinin paylayıcı şəbəkənin rekonstruksiyası barədə məlumat verilib:

"Hazırda Abşeron və Masallı rayonlarında, Sumqayıt və Gəncə şəhərlərində işlərin ilkin mərhələsi aparılır. Bu layihə çərçivəsində mis xətlər optik kabellərlə dəyişdirilir, GPON (giqabi passiv optik şəbəkə) texnologiyası tətbiq olunur. Bundan başqa, vətəndaşlara təqdim olunan xidmətlərin həcmi və keyfiyyəti yüksəldilir. Növbəti mərhələdə işlərin digər regionlarda da aparılması planlaşdırılır".

Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Tarqovı”da gəzdirilən quzu polisə aparıldı - VİDEO

Bu axşam Bakının mərkəzi Nizami küçəsində - "Tarqovı"da quzu gəzdirən gəncləri polis saxlayıb və bölməyə aparıb. Sfera.az bildirir ki, həmin görüntülə...

Bu veb-simpoziumla bağlı tədbirlər görüləcək - AMEA

Sosial şəbəkələrdə mart ayının 3-4-də erməni dağlığı və bitişik ərazilərin xalqlarının xristian tarixi-mədəni irsinə dair beynəlxalq veb-simpozium keçirilməsi h...

Prezident ailəsi ilə çərşənbəni belə qeyd etdi - FOTOLAR

Prezident İlham Əliyev ailəsi ilə birgə "Od çərşənbəsi”ni qeyd edib. Sfera.az xəbər verir ki, Prezident və ailəsi bayramı tonqal qalayaraq keçiriblər...

Qarabağ ermənisinin pasportunda doğum yeri AZƏRBAYCAN yazıldı

Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə "Azərbaycan” yazılmağa başlanılıb. Sfera.az xəbər verir ki, bu barəd...

Bakıda 4 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirildi

Paytaxtın İbrahimpaşa Dadaşov küçəsinin Süleyman Sani Axundov kəsişməsindən Cəfər Xandan küçəsinin kəsişməsinə qədər olan hissəsində (Tennis Akademiya...

Ermənilər Qarabağa qayıtmaq istəmirlər

Vaxtilə azərbaycanlı qonşularını qovan Qarabağ erməniləri ötən payızda İkinci Qarabağ müharibəsindəki dağıdıcı məğlubiyyətdən sonra özləri qaçqın kimi çətin vəz...