\"Nazirlər Kabineti konkret hüquq normalarına istinad etməlidir\"

\

Qüdrət Həsənquliyev: "Fövqəladə vəziyyət haqqında" Qanunun 8-ci maddəsinə istinad olunmalıdır"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi

Qüdrət bəy, koronovirusa qarşı hökumətin qəbul etdiyi son qərarlara münasibətinizi bilmək istərdik...

Azərbaycan Respublikası hüquqi dövlətdir və bizdə vətəndaşların hüquq və azadlıqları Konstitusiya və digər qanunlarla qorunur. Onların məhdudlaşdırılması zamanı Nazirlər Kabineti konkret hüquq normalarına istinad etməlidir. Ona görə də təklif edirəm ki, ölkədə fövqəladə vəziyyət elan edilsin. Artıq İspaniyada və ABŞ-da bu məqsədlə fövqəladə vəziyyət elan olunub. Ölkədə karantin elan olunması, vətəndaşların hüquqlarının məhdudlaşdırılması üçün "Fövqəladə vəziyyət haqqında" Qanunun 8-ci maddəsinə istinad olunmalıdır. Düşünürəm ki, fövqəladə vəziyyətin elan olunması həm də bank-maliyyə sektorunda sabitliyi təmin etmək üçün zəruridir. Çünki bu zaman maliyyə-iqtisadi fəaliyyyətin həyata keçirilməsi "Fövqəladə vəziyyət haqqında" Qanunun 8-ci maddəsinə istinad olunmaqla mədudlaşdırılmalı, gündəlik təlabat mallarının bölüdürülməsində xüsusi rejim tətbiq olunmalıdır. Bununla eyni vaxtda əhali sakitləşsin deyə, milli valyutanın qorunacağına dair söz vermək yox, Qanun qəbul etmək lazımdır.
Bizim xalqımız soyuqqanlı yox, emosionaldır. Biz Qarabağ uğrunda savaşda bəzi royonları ona görə itirdik ki, müəyyən daxili və xarici düşmənlər əhali arasında panika, təşviş yaratdı. İndi də eyni şeylər baş verir, amma başqa müstəvidə. Ona görə də inandırma yolu ilə əhalinin dollar alışının qarşısını almaq mümükün olmayacaq. Biz imkan verə bilmərik ki, o zaman torpaqlarımızı itirdiyimiz kimi, indi də ölkənin iqtisadiyyatını çökdürüb, onu defolt vəziyyətinə salsınlar. Əhali də bilməlidir ki, onlar kütləvi şəkildə dollar almaqla iqtisadiyyata ciddi ziyan vururlar və bank-maliyyə sektoru çöksə, onların dəyişdirdiyi dollar onların köməyinə çatmayacaq və biz ağır sınaqlarla üz-üzə qalacağıq.


OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...