Nazirlər Kabineti erməni təxribatlarını BMT rəsmiləri ilə müzakirə etdi

Nazirlər Kabineti erməni təxribatlarını BMT rəsmiləri ilə müzakirə etdi
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ölkə üzrə İdarə Heyətinin Azərbaycana bir sıra sahələrdə humanitar yardım göstərilməsi ilə bağlı təşəbbüsünün müzakirə edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və hökumət nümayəndələrinin, həmçinin, BMT-nin Azərbaycandakı agentliklərinin rəhbərlərinin iştirakı ilə videoformatda görüş keçirilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Nazirlər Kabinetinin Aparatı tərəfindən Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatı barədə məlumat verilib.

Qeyd edilib ki, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində xeyli sayda mülki şəxslər həlak olub və yaralanıb, yaşayış binaları, mülki və digər obyektlər dağıdılıb.

Ermənistanın 30 ilə yaxındır ki, dünya ictimaiyyətinin sülh çağırışlarına, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymadığı bildirilib.

Azərbaycan Ordusunun təcavüzün qarşısını almaq, mülki əhalini qorumaq və Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücum tədbirləri görməyə məcbur qalması diqqətə çatdırılıb. Xüsusi olaraq vurğulanıb ki, əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aparılır və Azərbaycan öz ərazilərində özünü müdafiə edir. 

BMT-nin Ölkə üzrə İdarə Heyətinin Azərbaycana bir sıra sahələrdə humanitar yardım göstərilməsi ilə bağlı təşəbbüsünə dair müzakirələrin vacibliyi qeyd edilib.

BMT-nin Ölkə üzrə İdarə Heyətindən bildiriblər ki, məlum hadisələrlə əlaqədar Azərbaycanda zərər görmüş insanların ehtiyaclarının qiymətləndirilməsi, hökumətin onlara yardım göstərmək istiqamətində səylərinin dəstəklənməsi məqsədilə müvafiq humanitar yardım göstərməyə hazırdırlar.

Vurğulanıb ki, bu yardım ərzaq təhlükəsizliyi, səhiyyə, təhsil, təhlükəsizlik, minalardan təmizləmə, həmçinin, psixo-sosial dəstək sahələrini əhatə edə bilər.

OXŞAR XƏBƏRLƏR

Prezident ECO-nun Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən sosial şəbəkə hesablarında paylaşım edilib...

Gün sizdən yanadır - Bu bürclərin DİQQƏTİNƏ

Bu gün səmada hərəkətlilik var. Günün əsas astroloji hadisəsi Ayın Şir bürcündə hərəkət etməsidir ki, bu da cəsarət, özünüifadə və yaradıcılıq enerjisini güclən...

Sərhədçi Olimpiya İdman Mərkəzində ümumrespublika iclası keçirilib

3 iyul 2025-ci il tarixində saat 19:00-da Sərhədçi Olimpiya İdman Mərkəzində ümumrespublika iclası keçirilib. Sfera.az bildirir ki, iclasda məşqçi-müəlliml...

Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – Bu maşınlar BAHALAŞACAQ

Avro sürətlə dəyər qazanır. Bu da beynəlxalq aləmdə ciddi narahatlıq doğurur. Məsələn Avropa Mərkəzi Bankının (ECB) rəsmiləri avronun sürətlə bahalaşmasının inf...

Ərdoğan Xankəndiyə yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşündə i...

Azərbaycanın tanınmış musiqiçisi vəfat etdi - FOTO

Tanınmış nağara ifaçısı Qaraş Cəlilov vəfat edib.   Sfera.az qafqazinfo.az-a istinadən xəbər verir ki, sənətçi 75 yaşında yaşadığı Şirvan şəhərində d...