Nazirdən magistraturaya qəbul ilə bağlı MÜHÜM AÇIQLAMA

Nazirdən magistraturaya qəbul ilə bağlı MÜHÜM AÇIQLAMA
 

Magistraturaya qəbulla əlaqədar hazırlanan təkliflər artıq yekun razılaşdırma mərhələsindədir.

Sfera.az bildirir ki,  bunu Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimində çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, magistraturaya qəbulla əlaqədar Təhsil Nazirliyi ölkənin bütün aidiyyəti təhsil müəssisələri və digər qurumlarla müzakirələr aparıb:

 

"Bu müzakirələr, demək olar ki, yekunlaşıb. Nazirlər Kabinetinə təqdim olunacaq qərar layihəsi artıq yekun razılaşdırma mərhələsindədir.

Bu qərar qəbul olunduqdan sonra bir sıra yaradıcılıq, xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla, magistraturaya qəbul qaydalarının birmərhələli həyata keçirilməsi, bununla da magistraturaya qəbul olunan tələbələrin daha asanlıqla təhsilin növbəti pilləsinə daxil olması təmin ediləcək. Fikrimcə, Azərbaycan təhsil sistemi bu dəyişikliyin müsbət nəticələrini növbəti illərdə görəcək”.

"Bir neçə il öncə magistratura pilləsində oxuyan tələbələrə möhlət hüququnun verilməsi nəticəsində təhsilin bu pilləsinə qəbul olunan oğlanların sayında əhəmiyyətli artıma nail olunub. Bunun nəticəsi olaraq, bakalavr pilləsində qızlarla oğlanlar arasında olan gender bərabərliyi magistratura səviyyəsində tam bərqərar olmasa da, xeyli müsbət dəyişiklik baş verib”, - deyə nazir qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - VİDEO

Rusiyada yaşayan azərbaycanlıların hüquqları ayaqlar altına atılır, onlara qarşı qeyri-insani davranış göstərilir.   Sfera.az xəbər verir ki, bu barə...