Nazir: "300-dən çox yerə CV göndərdim, cəmi ikisi müsahibəyə çağırdı"

Nazir:
"Məzun olandan sonra 300-dən çox yerə CV göndərsəm də, cəmi ikisi müsahibəyə çağırdı. Düşünmürəm ki, onlar məni alçaltdı və çağırmadı. Ola bilər ki, həmin vaxt üçün 298 yerdə mənə uyğun pozisiya olmayıb”.

Sfera.az  xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin "Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” imzaladığı sərəncamla bağlı danışarkən deyib.

Nazir bildirib ki, dünyanın nüfuzlu ali təhsil müəssisəsində oxuyan şəxs iş tapmaqda çətinlik çəkməməlidir: "Yeni proqram ehtiyac əsasında göndərilirsə, yəqin ki, işlə təminatda da problem yaşanmayacaq. İşəgötürənin də öz maraqları olur. Nazirlikdə də kimisə işlə təmin etmək məsələsi yox, işləmək üçün müraciət edən şəxsin də öz istəkləri maraqlıdır”.

E.Əmrullayev xaricdə təhsil alıb geri qayıtdıqdan sonra Təhsil Nazirliyində baş məsləhətçi kimi işə başlayanda bunun elə də böyük vəzifə sayılmadığına diqqət çəkib: "Ölkəyə qayıdanda iki xarici təhsil müəssisəsinin diplomu var idi və mən işləməli idim. Azərbaycanda kifayət qədər iş yeri və işçiyə tələbat var”.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Məktəblər koronavirus səbəbindən bağlanacaq? - VİDEO

Yeni tədris ili başlayandan indiyədək ölkədəki 4500 məktəbdən 9-u koronovirusa yoluxma hallarına görə bağlanıb, 340 sinif distant təhsilə keçib. Bu da ümumi gös...

Bu məktəb də distant təhsilə keçdi

Bakıda 322 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək. Sfera.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İd...

Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələrini elan edib. DİM-dən Sfera.az-a verilən məlu...

“Uşaqların nitqində problem yaranacaq” – Psixoloq distant təhsilin zərərlərindən danışdı

"Uşaqlar arasında koronavirusdan ölüm halının qeydə alınması məktəblilərdə ölüm qorxusu yaradacaq”.   Bunu Sfera.az-a açıqlamasında "Dərya” Tədris...

Təhsil Nazirliyi noyabrın 1-dən məktəblərin bağlanacağı iddialarına CAVAB VERDİ

Təhsil Nazirliyi noyabrın 1-dən ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində dərslərin dayandırılması ilə bağlı yayılan iddialara münasibət bildirib.  ...

Məktəblər yenidən bağlanır? - RƏSMİ CAVAB

Təhsil Nazirliyi koronavirusa yoluxma hallarının artmasına görə məktəblərin bağlanacağı və tədrisin distant formada davam etdiriləcəyi barədə məlumatlara aydınl...