No Image

Nazilə Səfərlinin iddialarına sərt cavab - İş məhkəməyə gedir?

Nazilə Səfərlinin iddialarına sərt cavab - İş məhkəməyə gedir?

"Bizdə belə bir iddia ilə bağlı məlumat yoxdur”. 

Sfera.az  xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Həsənalıyev Zeynal şairə və qiraətçi Nazilə Səfərlinin instaqram sosial şəbəkəsi vasitəsi ilə həmin universitetdə təhsil alan oğlunun guya Xəzər televiziyasında yayımlanan "Səsi axtarıram” sosial verlişinin aparıcısı Xoşqədəm Hidayətqızı tərəfindən izləndiyini, onun haqqında məlumatlar toplatdığını və bundan narahatlıq keçirdiyini iddia edib, eyni zamanda bildirib ki, ali təhsil müəssisəsinin dekanatlığında məlumat var.

Dekanın SİA-ya bildirdiyinə görə, ümumiyyətlə, belə bir hadisə olmayıb və iki qadın arasında baş verən məsələnin universitetə də aid edilməsinin tərəfdarı deyil: "Mən heç kimə deməmişəm ki, hər hansı olaydan məlumatlıyam və s. Ümumiyyətlə belə bir şey olmayıb. Çünki mən də Nazilə xanımla telefon əlaqəsi yaratdım, o isə məni tanımadığını, kim olduğumu soruşdu. Əgər onun dekanatlıqla əlaqəsi varsa, necə ola bilər ki, məni tanımasın? Ona görə də dedim ki, ay bala, gedin işinizlə-gücünüzlə məşğul olun, bu boyda təhsil ocağının adını lazımsız məsələlərə qatmayın”.

Dekan həmçinin onu da bildirdi ki, qarşı tərəf universiteti məhkəməyə verəcəyini də deyib: "Məni gülmək tutdu, çünki mənimlə yanaşı müavinlərimiz də bu məsələni araşdırdıq və məlum oldu ki, ümumiyyətlə kimsəyə heç nə deyilməyib. Nazilə xanım dekanatlıqla ümumiyyətlə danışmayıb. Həftənin əvvəlində həmin tələbəni yanıma dəvət edib ondan izahat istəyəcəyəm və onun izlənmək və s. kimi iddialarını araşdıracağam”. (yeni sabah)

 

OXŞAR XƏBƏRLƏR

İnam Kərimov Göyçayda nar və heyva bağlarında - FOTO

 Kənd Təsərrüfatı naziri İnam Kərimov Ağdaş və Göyçay rayonlarında səfərdə olub. Sfera.az xəbər verir ki, nazir Ağdaş rayonunda tinglər üçün calaqalt...

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş uçuşları başlayıb

 Müdafiə Nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) təlim-döyüş uçuşları keçiri...

Unibank 20 vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu həyata keçirdi

  Unibank özünüməşğulluq layihəsi çərçivəsində həssas əhali qruplarına dəstək olmaqda davam edir. Layihəyə qoşulandan indiyədək bank 20-dən artıq vətənd...

Azərbaycan qırıcıları havaya qalxdı - VİDEO

  Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) gecə və məhdud görmə şəraitində təlim uç...

Qobustan rayonunda vətəndaşların səyyar qəbulu keçirilib - FOTOLAR

  Azərbaycan Respublikası Milli Məclisində 50 saylı Abşeron-Qobustan seçki dairəsini təmsil edən deputat Şahin Seyidzadə 22-23 sentyabr tarixlərində vət...

“Dünyanın ən rəzil, ən şərəfsiz düşməninə qarşı savaşırıq”

  "Bu gün hər yerdə savaş var! Sərhəddə, səngərdə, virtual məkanda... Hər yerdə! Düşmənin informasiya təxribatına, artıq sapı da özgələrin olan xainlərə, ...