Naxçıvanın yeni Baş naziri kimdir? - DOSYE

Naxçıvanın yeni Baş naziri kimdir? - DOSYE
 Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikasının yeni Baş Naziri məlum olub. Ali Məclisin Sədri Vasif Talıbovun imzaladığı qərara əsasən, Səbuhi Hidayət oğlu Məmmədov Muxtar Respublikanın Baş naziri təyin edilib.

Sfera.az xəbər verir ki, Səbuhi Məmmədov 1 may 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun İbadulla kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının İqtisad fakültəsini mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili ixtisası üzrə bitirib. Maliyyə üzrə iqtisadçıdır.

Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Aqrar-Sənaye Bankının Şərur rayon şöbəsində mütəxəssis olaraq başlayıb, ötən dövr ərzində baş mütəxəssis, şöbə rəisi, Birləşmiş Universal Səhmdar Bankının Şərur rayon filialının müdiri, Aqrarkredit Səhmdar Kredit Təşkilatının Naxçıvan Muxtar Respublika filialının müdiri, Kapital Bank Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin rəisi vəzifələrində işləyib.

2007-ci ilin yanvar ayından 2017-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsində çalışıb.

6 fevral 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri, 2018-ci il noyabrın 30-dan Naxçıvan Muxtar Respublikası Baş Nazirinin müavini – Maliyyə naziri vəzifəsinə təyin olunub.

2012-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Tərəqqi” medalı ilə təltif edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 30 aprel 2019-cu il tarixli sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.

Azərbaycan Respublikasının Prezidentinin 27 may 2019-cu il tarixli sərəncamına əsasən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Ailəlidir, 4 övladı var.

OXŞAR XƏBƏRLƏR

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...