Gündəm

Naxçıvanda risk qrupuna daxil olan vətəndaşlar karantinə alınır – Deputat

Naxçıvanda risk qrupuna daxil olan vətəndaşlar karantinə alınır – Deputat

Nazirlər Kabinetinin qərarına əsasən, dünəndən başlayaraq Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunub. Karantin rejimi müddəti ərzində -  24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilir. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin ediləcək.

Yeri gəlmişkən, hazırda bu və ya digər məsələlərlə bağlı Naxçıvanda vəziyyət necədir?

Sfera.az xəbər verir ki, Modern.az Naxçıvanın ümumi vəziyyəti barədə məlumat öyrənməyə çalışıb.

6 saylı Culfa-Babək seçki dairəsinin deputatı Ülviyyə Həmzəyeva bildirib ki,  dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunmuş müşavirə keçirilib:

"Həmin müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin üzvləri, rayon-şəhər icra hakimiyyətlərinin başçıları, nazirlik, komitə, xidmət, idarə və müəssisələrin rəhbərləri iştirak ediblər. Keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı bir sıra tapşırıqları verib. Sizin də sual etdiyiniz kimi, 65 yaşdan yuxarı olan insanlar da ciddi olararaq karantin şəraitinə riayyət edirlər. Mən nə mağazada, nə də ki ahılların zamanlarını keçirdikləri məkanda onları müşahidə etmişəm. Tənha ahıllara evlərində sosial xidmət göstərilir. Belə ki, həftədə iki dəfə sosial xidmət işçiləri və sosial könüllülər onlara lazımı xidmət göstərirlər”.

Ülviyyə Həmzəyeva Naxçıvan sərhəddində yaranan problemlərə də aydınlıq gətirib:

"Sərhədlərimiz gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Belə ki, xarici ölkələrdən qayıdan muxtar respublika sakinləri gömrük-keçid məntəqələrində tibbi yoxlamadan keçirilərək, risk qrupuna daxil olan vətəndaşlar təcili olaraq təcrid olunur və Yoluxucu Xəstəliklər Mərkəzində karantinə alınaraq, müvafiq tədbirlər görülür. Xarici ölkələrdən Naxçıvana gələn muxtar respublika sakinlərində hərarət və digər əlamətlər müşahidə olunmadıqda həmin şəxslər evlərində 3 gün müddətində müşahidə altında, ciddi karantin rejiminə riayyət etməli olurlar”.

Xanım deputat məktəblərin başlanması müddətində görülən işlərdən də söz açıb:

"Muxtar respublikada təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi dayandırıldığından ümumtəhsil məktəblərində müəllimlər tərəfindən siniflər üzrə və dərs cədvəlinə uyğun olaraq onlayn dərslər və tapşırıqlar verilir. Gördüyünüz kimi, evdən çıxmadan da övladlarımız dərslərinə davam edir”.

Naxçıvan Muxtar Respublikasına təyyarə uçuşlarının dayandırıldığını bildirən Ülviyyə Həmzəyeva digər hərəkət qrafikinə nəzarət olunduğunu da söyləyib:

"Dövlət Gömrük Komitəsinə Sədərək gömrük keçid məntəqəsindən keçməklə Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola salınan vətəndaşların keçidini, Dövlət Miqrasiya Xidməti və Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi birlikdə həyata keçirir. Bütün xarici ölkə vətəndaşlarının muxtar respublikaya gəlişinin dayandırılması, həmçinin muxtar respublika ərazisinə bütün nəqliyyat vasitələrinin giriş-çıxışının dayandırılmasına nəzərət edilir. Yalnız tranzit yüklərin daşınmasına icazə verilib. Tranzit yük maşınlarının da dezinfeksiya edilməsi, kiçik həcmli yüklərin sərhəd gömrük anbarlarında boşaldırılaraq, sürücülər mütəmadi yoxlanılır və onların hərəkət qrafiki nəzarət olunur”.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930