Narkotik satışı ilə məşğul olan şəbəkə ifşa olundu

Narkotik satışı ilə məşğul olan şəbəkə ifşa olundu
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.

İdarədən Sfera.az-a bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında Corat qəsəbəsi ərazisində içərisində qadınların da olduğu şəbəkə ifşa edilib.

Belə ki, qəsəbə ərazisində keçirilən əməliyyat zamanı Əlimərdan Əlimərdanlı, Aygül Rəşidzadə və Vüsalə Qasımova saxlanılıb. Bakı şəhəri Binəqədi rayon qeydiyyatında olan Vüsalə Qasımova Corat qəsəbəsinə rəfiqəsi Aygül Rəşidzadəgilə qonaq gəldiyini deyib. Onların üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Aparılan araşdırmalar zamanı saxlanılan şəxslərin qrup şəklində narkotik maddələrin satışı ilə məşğul olduğu məlum olub.

Corat qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş İbrahim Abdullayev saxlanılıb. Onun ətrafında aparılan axtarış tədbirləri nəticəsində 295 qram heroin aşkar edilərək götürülüb.

Müəyyən edilib ki, İ.Abdullayev əvvəllər məhkum olunmuş Mais Aydəmirov və Xaçmaz rayonunda qeydiyyatda olan Murad Sadıqzadə ilə birlikdə narkotik vasitələrin satışı ilə məşğul olub. Həmin şəxslər də saxlanılaraq istintaqa cəlb ediliblər. Saxlanılan zaman Mais Aydəmirovun üzərindən 122 qram heroin aşkar edilərək maddi sübut kimi götürülüb. Murad Sadıqzadə də saxlanılan zaman üzərindən narkotik vasitə aşkarlanıb.

Keçirilən daha bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Natiq Cəbrayılov, Cəbrayıl Quliyev və Ağsu rayon qeydiyyatında olan Ayxan Pənahlı saxlanılıb. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif çəkidə heroin və "patı” adlandırılan metamfetamin aşkar edilərək götürülüb. Bu şəxslərin qrup şəklində narkotik vasitələrin satışı ilə məşğul olduğu da istintaqda məlum olub.

Faktlarla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Əldə edilən narkotik vasitələrin mənbələrinin aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Sumqayıt Polis İdarəsi Corat qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərin tutularaq istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir.

Xatırladaq ki, bir neçə gün öncə isə qəsəbə ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan 4 nəfərdən ibarət olan daha bir dəstə ifşa edilərək istintaqa cəlb edilmişdi.

OXŞAR XƏBƏRLƏR

“Yeni strateji dövrdə Yelo innovativ bank mövqeyini gücləndirəcək” - MÜSAHİBƏ

Emil müəllim, xoş gördük. Gəlin 2023-cü ilə qısa baxış edək. Ötən ili həm Bankınız, həm də maliyyə sektoru üçün necə dəyərləndirirsiniz?   İlk öncə müs...

Azər Türk Bank daha bir filialını istifadəyə verdi - FOTOLAR

Dövlət bankı Azər Türk Bank özünün xidmət şəbəkəsini genişləndirməkdə davam edir.   Bu gün Bank Sumqayıt şəhərində yeni koseptdə açılan fiz...

Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi BAŞLADI

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəb...

ABB-nin ATM-lərində YENİLİK!

Ölkəmizin ən böyük xidmət şəbəkəsinə malik banklarından olan ABB öz ATM-lərində yeni proqram təminatının tətbiqinə başlayıb. Bu yenilik ATM-lər vasitəsilə bank ...

"Ermənilərə həmişə türk kömək edib, sülh müqaviləsi bağlanacaq" - Deputat

“2023-cü il dövlət səviyyəsində Heydər Əliyev ili idi. Dünən Moskvada dövlət başçılarının görüşündə Baykal-Amur magistralında rolundan danışıldı, bu da He...

Sosial yardımlar nə vaxt veriləcək? - RƏSMİ AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. ...