Narın bilmədiyimiz faydaları

Narın bilmədiyimiz faydaları

Nar xalq təbabətində geniş istifadə olunan meyvələrdən biridir. Mütəxəssislərin qənaətinə görə, bir ədəd narın tərkibində insana lazım olan gündəlik vitaminin 40 faizi var. Yunan mifologiyasında nar tanrının qidası sayılır. Onun təsviri Misir piramidalarında tapılıb. "Cənnətdən gələn meyvə" ifadəsi də məhz bu anlamda işlənir.

Sfera.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin məzunu, peşəkar əczaçı Fəxrəddin İsayev AZƏRTAC-ın bölgə müxbirinə narın bir çox vitamin və minerallarla, bədənin normal fəaliyyət göstərməsi üçün lazım olan elementlərə zəngin olduğunu bildirib: "Nar dörd mühüm vitaminlə zəngindir - C, P, B6 və B12. Meyvə və tərəvəzlər arasında vitamin C-nin ən çox olduğu nar immun sisteminə yaxşı təsir göstərir. Vitamin P qan damarlarını, B6 sinir sistemini gücləndirir, B12 hemopoezi yaxşılaşdırır. Amma narın faydası bununla qurtarmır. Qeyd edim ki, narın tərkibində çoxlu turşu lif və tanin maddəsi də var. Narın tərkibində olan maddələr vərəm, dizenteriya və bağırsaq çöplərinə qarşı faydalıdır və dezinfeksiyaedicidir. Büzücü xüsusiyyətə malik olan və ishal ilə mübarizə aparan tanini xüsusi qeyd etmək lazımdır".

F.İsayevin sözlərinə görə, nar damar divarlarını, sinir sistemi və qan dövranını gücləndirir. Həkimlər yaşlılara və cərrahiyyə əməliyyatına məruz qalanlara bu məqamlara diqqət yetirməyi məsləhət görürlər. Soyuqdəymənin, tiroid vəzinin, kardioloji xəstəliklərin müalicəsində və qarşısının alınmasında da narın faydası böyükdür. Ateroskleroz, qansızlıq və bədəni taqətdən düşmüş xəstələrin müalicəsində nardan istifadənin çox böyük faydası var. Narda olan vitaminlər və mikroelementlər bu cür xəstələrin daha tez sağalmasına kömək edir. Əgər nardan müntəzəm istifadə olunsa, bu, hipertoniyalı xəstələrdə arterial təzyiqin azalmasına müsbət təsir göstərir. Orqanizmə nar ilə daxil olan təbii amin turşuları patoloji hüceyrələrlə mübarizə aparır və mənfi proseslərin nizamlanmasına kömək edir. Bu Şərq meyvəsindən müntəzəm istifadə mədə xərçənginin inkişafına mane olur. Nar bronxial astma və anemiya xəstələrinə də faydalıdır. Narın dənəsi və şirəsi bədənin radiasiyaya qarşı müqavimətinin artmasına da kömək edir.

 

"Narın faydalarını saymaqla qurtarmaq olmaz, tərkibi vitaminlərlə çox zəngindir. Bu meyvə praktiki olaraq bütün xəstəliklərə qarşı mübarizədə müsbət təsirə malikdir", - deyə mütəxəssis bildirib.


OXŞAR XƏBƏRLƏR

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - VİDEO

Rusiyada yaşayan azərbaycanlıların hüquqları ayaqlar altına atılır, onlara qarşı qeyri-insani davranış göstərilir.   Sfera.az xəbər verir ki, bu barə...