Nar Festivalında iştirak haqqı qazanan qaliblər məlum oldu

Nar Festivalında iştirak haqqı qazanan qaliblər məlum oldu
 

Hər zaman yenilikləri və maraqlı layihələri ilə seçilən "Nar”, abunəçilər və sosial şəbəkə iştifadəçiləri üçün Göyçayda keçiriləcək Nar Festivalında iştirak imkanı təqdim edən müsabiqəni yekunlaşdırıb. Mobil operatorun rəsmi Facebook və İnstagram səhifələrində keçirilmiş müsabiqə sosial media istifadəçilərinin böyük marağına səbəb olub. Qeyd edək ki, verilmiş məntiqi tapşırığı 275 nəfər düzgün cavablandırıb. Təsadüfi seçim yolu ilə seçilən 10 nəfər isə "Nar” əməkdaşları ilə birgə noyabrın 9-da Göyçayda keçiriləcək Nar Festivalında iştirak edəcək.

 

"Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən, eyni zamanda sosial media səhifələrindən əldə etmək mümkündür.

 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,6%-ni əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nazirdən yeni vəzifəyə TƏYİNAT

  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr təyinatı olub. Sfera.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Ba...

Polis Bakı küçələrini nəzarətə götürüb - FOTOLAR

  Koronavirusun kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtın küçə və prospektlərində, məhəllədaxili yollarla yanaşı, qapalı məkanlard...

Koronavirusa yoluxmuş sabiq deputatı Bakıdan Türkiyəyə apardılar - SON DƏQİQƏ!

  "Hazırda müalicələrim davam edir. Ümid edirəm ki, tezliklə sağalacağam”. Sfera.az  xəbər verir ki, bu fikirləri Modern.az-a sabiq deputat Mir...

Prezidentdən “Karantin rejimi nə qədər davam edəcək?” sualına cavab

  "Bilirsiniz ki, biz pandemiya dövründə adətən karantin rejimini bir, ya iki həftə ərzində elan edirdik. Vəziyyəti təhlil edərkən, nəzarət mexanizmlərini...

Bir sıra icazələr yenidən aktivləşdirildi - RƏSMİ

  Bir sıra hüquqi və fiziki şəxslərin işçilərinin sayına uyğun olaraq yol verilən limitlər çərçivəsində icazələrin aktivləşdirilməsi həyata keçirilib. İq...

SON DƏQİQƏ! Bu şəxslərin işləməsinə yenidən İCAZƏ VERİLDİ

  İyulun 5-i ləğv olunan bir qrup onlayn satış mağazasının işçilərinin icazəsi yenidən bərpa olunub. Sfera.az "Qafqazinfo”ya istinadən xəbər ver...