“Nar” “BakuTel-2019” sərgisində son yenilikləri təqdim edəcək

“Nar” “BakuTel-2019” sərgisində son yenilikləri təqdim edəcək
 

"Nar” ən son yeniliklərin və texnoloji nailiyyətlərin nümayiş olunduğu 25-ci "BakuTel-2019” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində iştirak edəcək. Dekabrın 3-6-da keçiriləcək sərgidə yenilənmiş "Nar” stendinə yaxınlaşan ziyarətçilər həm mobil operatorun məhsulları ilə tanış ola biləcək, həm müxtəlif hədiyyələr qazanacaq, həm də əyləncəli müsabiqələrdə iştirak edəcəklər.

Qeyd edək ki, dörd gün davam edəcək sərgidə "Nar” hesabı daha asan idarə etmək, nömrəni hər zaman nəzarət altında saxlamaq, bütün xidmət və məhsullardan xəbərdar olmaq imkanı verən "Nar+” tətbiqini, "WhatsApp”da pulsuz yazışma, sərfəli zəng və internet təklifi ilə səyahətsevərlərin istirahətini daha zövqedici edən "Rominq” paketlərini, həm internetdən, həm də sosial şəbəkələrdən çox istifadə edənlər üçün ikiqat internetdən yararlanmaq imkanı verən "CavanNar” tarifini abunəçilərinə təqdim edəcək. Ziyarətçilər eyni zamanda virtual reallıq oyunu vasitəsilə "Nar” şəbəkəsini test və 4G sürətini hiss edə biləcəklər.

Bundan başqa, mobil operatorun stendində əyləncəli yarışlar, müsabiqələr, maraqlı oyunlar da keçiriləcək. Sərginin keçiriləcəyi 4 gün ərzində "Nar” stendinə yaxınlaşan insanlar müxtəlif hədiyyələr əldə etməklə yanaşı, müsabiqədə iştirak edib müasir smartfon qazana biləcəklər.

Mobil operator hər kəsi 3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 25-ci "BakuTel-2019” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisindəki "Nar” stendinə dəvət edir.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,6%-ni əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 


OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...