Nadir Qafarzadə canlı efirdə ağladı: “Anam 70 il ömür sürdü, amma...” - FOTO

Nadir Qafarzadə canlı efirdə ağladı: “Anam 70 il ömür sürdü, amma...” - FOTO
 "Ədalətsizlik, haqsızlıq dünən də olub, bu gün də olur, sabah da olacaq. Çox sadəlövh olmuşam. O zamanlar məni başa salan ətrafım olmayıb. Əvvəlcə hamı məndən istifadə edirdi. Qatıldığım verilişlərin aparıcıları məni qızışdırırdılar ki, proqramları reytinqli və baxımlı olsun. Onlar bu yolla mənə zərbələr vururdular. Tamaşaçıların gözündən salırdılar”.

Sfera.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "ŞOU ATV” proqramının canlı efirində qonaq olarkən deyib. Verilişin aparıcısı Nanə Ağamalıyeva müğənninin valideynlərindən bəhs edərkən N.Qafarzadəni qəhər boğub. O, anasının əzablı günlər keçirdiyindən danışaraq, göz yaşı töküb:

"Anamdan söz düşəndə içim sızlayır, məni çox yandırır. Ona lazım olanda mənim imkanım yox idi. Anam 70 il ömür sürdü, amma yeddi dəfə xoşbəxt olmadı. O, əziyyətli, əzablı, yeddi övladı düşünən, özü yeməyib uşaqlarına saxlayan, əyilməyən bir qadın olub. Anam qürurlu qadın idi. O, kasıblığını, yoxsulluğunu göstərmirdi. Həmişə deyirdi ki, hər şey yaxşıdır. Amma əslində heç nə yox idi”.

 
Verilişdə qonaq olan digər müğənni, Əməkdar artist Nüşabə Ələsgərli isə Nadir Qafarzadəyə üzünü tutaraq, onun haqqında bu sözləri dilə gətirib:

"Nadir çox emosional və çılğın insandır. O, hər bir məsələni mənimlə məsləhət edir. Çox zaman ona deyirəm ki, düz deyirsən, amma dilinə gətirmə, demə. Nadir məni böyük bacı kimi hər zaman dinləyir. Nadir, səni çox istəyirəm”.

Qeyd edək ki, müğənni Nadir Qafarzadə Sevinc adlı xanımla ailəlidir. Onun bu nikahdan iki oğlan övladı var.

OXŞAR XƏBƏRLƏR

Aynişan ilk dəfə həyat yoldaşı ilə boşanmalarından danışdı - FOTO

 Müğənni, bloqer Aynişan Quliyeva ilk dəfə həyat yoldaşı Kənan Əliyev ilə "Instagram”da bir-birini izləmədən çıxarmaları barədə açıqlama verib. Sfera...

Murad Dadaşov onu da Xəzər TV-yə gətirdi

 "Xəzər" televiziyası tamaşaçıya yaxın günlərdə yeni layihə təqdim edəcək. Sfera.az bildirir ki, sözügedən telekanalın rəhbəri Murad Dadaşov türkiyəl...

“Əyləniləcək qadın yox, evləniləcək qadın olmaq istəyirəm“ – Mina

  "Ailə həyatı qurmağı hələ ki istəmirəm. 27 yaşım var. Qismət...". Sfera.az xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn ARB TV-nin "Hüseynova ba...

Röyanın biabırçı videosu yayıldı

  Xalq artisti Röya Ayxanın yeni videosu yayılıb. Sfera.az oxu24.com-a istinadla xəbər verir ki, video İnstaqram səhifələrinin birində paylaşılıb. Görünt...

Zaur Kamal “Xəzər TV”-dən qovulub? - AÇIQLAMA

 Xəzər Media Mərkəzinin 103 və 103.3 FM radio dalğalarının rəhbəri, eyni zamanda "5/5" verilişinin layihə rəhbəri Zaur Kamalın səlahiyyətlərinin əlindən al...

“Saf həyat yoldaşınız var, imkansızlara yardım edir” şərhinə Gülaydan gözlənilməz reaksiya - VİDEO

 Yardımsevərliyi ilə tanınan məşhur idmançı və iş adamı Kamil Zeynallının müğənni həyat yoldaşı Gülay Zeynalova gəzən söz-söhbətlərə aydınlıq gətirib. ...