Müştərilərinə Azər Türk Bankdan əlavə rahatlıq

Müştərilərinə Azər Türk Bankdan əlavə rahatlıq

Dövlət bankı Azər Türk Bank müştərilərinin bankla təmasda rahatlığının, əməliyyatların yerinə yetirilməsində operativliyin təmin olunması istiqamətində işlərini davam etdirir.

 

Bu məqsədlə Bankın saytında hüquqi şəxslər və fərdi sahibkarlar üçün yaradılmış //form.atb.az/səhifəsi istifadəçilər tərəfindən məmnunluqla qarşılanıb.

Belə ki, sahibkar banka gəlməmişdən öncə veb-səhifəyə daxil olur, lazımi əməliyyatı qeyd etməklə doldurduğu e-blankı banka göndərir. Qısa zaman ərzində bank əməkdaşı müştəri ilə əlaqə saxlayır və əməliyyat üzrə işləri həyata keçirir. Müştəri gün ərzində özünə uyğun vaxtda banka gəldiyi anda əməliyyat yekunlaşdırılır

 

Bu xidmətdən istifadə bank əməliyyatının aparılması zamanı müştərilərə öz vaxtlarına qənaət etmək, bankın filiallarında sürətli xidmət olunmaq imkanı verir.

Daha ətraflı məlumatı //atb.azsaytından, Azər Türk Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770-945, yaxud (012) 945 nömrəli Çağrı mərkəzindən əldə edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR