Müsavat.com: Aygün Kazımova ilə bağlı araşdırma başlayıb – FOTO

Müsavat.com: Aygün Kazımova ilə bağlı araşdırma başlayıb – FOTO

 

Azərbaycanın hüquq-mühafizə orqanları, xalq artisti Aygün Kazımova ilə bağlı araşdırmaya başlayıb.

Oxu.Az xəbər verir ki, məlumatı musavat.com yayıb. Sayt iddia edir ki, hüquq mühafizə orqanları tərəfindən müğənninin ermənilərlə əlaqələrinin təftiş edildiyi, xalq artistinin barəsində mətbuatda yazılanların yoxlanıldığı deyilir. Belə bir araşdırmaların aparılmasını zəruri edən isə bir müddət əvvəl ölkə mediasında yayılan məlumatlardır.

Yayılan məlumatlarda bildirilirdi ki, Ermənistan xüsusi xidmət orqanları qadın alverçiləri, qeyri-ənənəvi oriyentasiyalı şəxslər üzərindən Azərbaycanın şou aləminə nüfuz ediblər. Düşmən ölkənin xüsusi xidmət orqanları vaxtilə Ermənistanda yaşamış, sonradan Gürcüstana köç edərək orada məskunlaşan Ekmalyan ailəsinin üzvləri üzərindən Azərbaycan və Türkiyədə agent şəbəkəsini qura biliblər. Musavat.com-un bu haqda yazısında bildirilirdi:


 


"Bu ailənin Azərbaycanda tanınan siması Romazzo adlı modelyerdir. Romazzo zaman-zaman Azərbaycanda və Türkiyədə keçirilən müxtəlif moda tədbirlərində fəxri qonaqlar sırasında yer alıb. Türkiyədə Romazzonun təşkil etdiyi müsabiqəyə qatılan model xanımlar sonradan şəxsiyyət vəsiqələri əllərindən alınaraq seks-köləliyə məcbur ediliblər. Həmin modellər arasında Azərbaycandan aparılan xanımlar da olub. Bu haqda Türkiyə mediasında zamanında yazılar dərc olunub.

Romazzonun Azərbaycanda əsas əlaqəsi olduğu şəxs kimi Aygün Kazımova göstərilirdi. Xatırladaq ki, bu yazılar A.Kazımovanın Ramozzi və digər erməniəsilli şəxslərlə foto və video görüntülərinin müşayiəti ilə dərc olunub.

Bu səs-küylü materiallar, deyilənə görə, hüquq-mühafizə orqanlarının diqqətini çəkib”.


OXŞAR XƏBƏRLƏR