Qüdrət Həsənquliyev: “Ciddi qərarlar qəbul olunacaq” - MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Ciddi qərarlar qəbul olunacaq” - MÜSAHİBƏ
 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsində fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrini dəyərləndirib. APA müsahibəni təqdim edir.

- Qüdrət bəy, Sizi qələbə münasibətilə təbrik edirik. Seçkilərin nəticələrini necə qiymətləndirirsiniz?

- Çox sağ olun. İlk növbədə seçkilərdə mənə dəstək olmuş hər kəsə öz dərin minnətdarlığımı bildirirəm. Seçicilərimi bir daha əmin etmək istəyirəm ki, onların etimadını doğrultmağa çalışacam və onlar heç vaxt  məni seçdiklərinə görə peşimançılıq hissi keçirməyəcəklər.

 

Seçkinin nəticələrinə gəldikdə, BAXCP-nin parlamentdə yerlərinin sayını artıra bilməməsinə, ümumilikdə isə müxalifətin fraksiya yaratmaq imkanı əldə edə bilməməsinə təəssüflənirəm. Amma təsəlliverici məqam ondan ibarətdir ki, partiyamız parlament təmsilçiliyini qoruyub saxladı. Eyni zamanda, ümid edirəm ki, yeni seçilmiş şəxslər Milli Məclisə yeni nəfəs verəcəklər. Onlardan hətta 10 nəfəri belə yaxşı mənada təşəbbüskarlığı və məsələlərə yanaşmada peşəkarlığı ilə fərqlənsə, parlamentin siyasi həyatımızda rolu xeyli dərəcədə artacaq. İnanmaq istəyirəm ki, Milli Məclis qarşıda bizi gözləyən böyük dəyişikliklərdə müsbət rol oynayacaq.

- Qüdrət bəy seçkilərin keçirilməsi zamanı baş vermiş qanun pozuntuları barədə nə deyə bilərsiniz?

- Hər bir ölkədə seçkilərin keçirilməsi səviyyəsi o xalqın sosial inkişaf indeksinə bağlıdır. Ona görə də inkişaf etməkdə olan Azərbaycanda inkişaf etmiş Qərbi Avropa ölkələri standartlarına uyğun seçkilərin keçirilməsini gözləmək absurddur. Ancaq ümid edirəm ki, yeni parlament gələcək seçkilər üçün daha əlverişli hüquqi baza yaradacaq və biz bu gün rastlaşdığımız qanun pozuntuları ilə bir daha rastlaşmayacağıq. Buna baxmayaraq, Azərbaycan Prezidentinin və MSK rəhbərliyinin verdiyi açıqlamalar onu göstərir ki, səsvermənin nəticələrinə təsir edə biləcək qanun pozuntuları olan dairələr üzrə ciddi qərarlar qəbul olunacaq. Seçkilərin gedişində izlədiyimiz bəzi qanun pozuntuları mövcud mojaritar seçki sistemindən qaynaqlanır. Mojaritar seçki sistemi təsadüfi adamların həm namizəd olmasına, həm də parlamentə düşməsinə, regionçuluğa və etnik seperatizmə yol açır. Həm də nəzəri cəhətdən mümkündür ki, bir partiya ölkə üzrə səslərin 49%-ni alsın, amma parlamentdə bir deputatla belə təmsil olunmasın. Bu isə ölkədə siyasi sabitliyə ciddi təhdid ola bilər. Biz bu seçkilərdə dövlətçiliyimiz üçün ciddi problemlər yarada biləcək belə meylləri müşahidə etdik. Seçkilərə iqtidar partiyası və perspektivli namizədlərlə bazarlıq etmək üçün, həmçinin ayrı-ayrı mafioz qüvvələr tərəfindən təxribat məqsədilə göndərilmiş çoxlu sayda namizəd qatılmışdı. Bütün bunları gördüyümüzdən biz ölkədə proporsional seçki sisteminin tətbiq olunmasına çağırırdıq və çağırırıq.

Proporsional seçki sistemində namizədlər ilk öncə peşəkar səviyyədə siyasətlə məşğul olan partiyaların ali kollegial orqanları səviyyəsində seçilir. Bu halda təsadüfi adamların namizədlər siyahısına düşmə ehtimalı xeyli azalır. 

- Qüdrət bəy, seçkilərin nəticələrindən narazı qalmış insanlardan istifadə edib ölkədə sabitliyin pozulmasına edilən cəhdlər barədə nə deyə bilərsiniz?

- Hər kəs qanunvericiliyə uyğun şəkildə etiraz edə bilər. Amma MSK rəhbərliyinin verdiyi açıqlamalardan sonra qanun pozuntularına etiraz edən sağlam düşüncəli insanlar müvafiq orqanların qərarlarını gözləyəcəklər. Təxribatçıların və bu seçkilərdə verdikləri ziddiyyətli açıqlamaları ilə öz qeyri ciddiliklərini ortaya qoymuş adamların çağırışları ilə xalqımızın küçələrə çıxması mümkün deyil.


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...