Rauf Zeynalov: Suda ən təhlükəli canlı insandır – MÜSAHİBƏ + FOTOSESSİYA

Rauf Zeynalov: Suda ən təhlükəli canlı insandır  – MÜSAHİBƏ + FOTOSESSİYA

“Dayvinqdə üzməyi bacarmaq vacib deyil”.

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı dayvinq üzrə təlimatçı Rauf Zeynalovdur.

- Dayvinq nədir? İdman növü hesab etmək olar?

- İdman növü yox, sadəcə sualtı gəzintidir. Dayvinq zövqdür, həyat tərzidir.

- İlk dəfə dayvinqlə necə oldu ki, məşğul oldun?

- Bu, 2002-ci ildə, ilk dəfə Xəzər dənizində oldu. Hər zaman dağlara, meşələrə, planetimizin ən sirli yerlərinə meylim olub. Dayvinq isə ən sirli bir dünyanı açdı mənə.

- Çox maraqlıdı?

- Maraqlı olmasaydı yoldaşım, dostlarım, qohumlarım, uzaq ölkədə yaşayan dostlarım və həmvətənlərimi dayvinqə dəvət etməzdim.

- Buna xüsusi vaxt ayırmalısan?

- Hər məşğuliyyətə müəyyən vaxt sərf etməlisən. Üzməyi bacarmaq vacib deyil. Əsas istək və təlimatçının qeydlərini nəzərə alıb əməl etməkdir. Ona görə elə dayvinq üçün xüsusi kurslar var. Heç kim bizə sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini etibar edə bilməz. Dayvinqlə məşğul olmaq üçün kursu keçib həmin vəsiqəni almaq lazımdır. “Dolphin Baku” Dayvinq mərkəzi istəyi olanları həmin kursları keçməyə dəvət edir.

- Bəs Dağ dayvinqindən adi dayvinq nə ilə fərqlənir?

- Yüksək dağ şəraitində dayvinq, dəniz səviyyəsindən 300-3000 metr hündürlükdə dalmadır. Belə şəraitdə atmosfer təzyiqi çox aşağıdır, bu o deməkdir ki, dayver suyun üzərinə qalxanadək atmosfer təzyiqi və bədən toxumalarında əridilmiş azotun təzyiqindəki fərqi nəzərə almasa, onda kesson xəstəliyi yarana bilər.

- Dayvinqdə nə qədər bacarıqlı olmalısan?

- Şübhəsiz dayverlərin bilik bacarıqları böyük əhəmiyyət kəsb edir. Burda təhsil, təchizat, təcrübə böyük rol oynayır.

- Həyat yoldaşınla dayvinqlə məşğul olanda tanış olmusan?

- Yox, Xəzər Universitetinin rəqs ansamblında tanış olmuşam. Biz kolleqa idik. Amma indi o da dayvinqlə məşğuldu (gülür).

- Suyun altında evlənmə təklifi etmək olar?

- Əgər dayvinqi bacarsan, niyə də olmasın ki, istəsən seygah da oxuya bilərsən (gülür).

- Biz indi ilk olaraq dayvinqlə tanış olacağıq və suyun altına düşəcəyik?

- Bəli, biz hal-hazırda geyimlərimizi hazırlayırıq. Hava balonu, ləvazimatları hazırlayıb özümüzü hazır hiss edib suya girəcəyik, daha sonra isə suyun altı, su aləmi ilə tanış olacağıq.

- Suda təhlükəli nə ola bilər? İndidən bilim ki, birdən qorxmayım (gülür).

- Mənim fikrimcə, suda ən təhlükəli canlı insandır (gülür). Birdən hansısa balıq suda yaşayanlardan təhlükəli olsa, bəs onda necə davranmaq lazımdır?

Elə bilin ki, harasa qonaq getmisiz - kənardan izləyin, ordakı əşyalara əl vurmayın, elə cə də suyun altında olan balıqlara və canlılara. Doğrudur, çox gözəl görsənə bilərlər, amma toxunmaq olmaz, çünki bilmirsən hansı təhlükəlidir, hansı zəhərlidir. Eləsi var ki, toxunsan bütün vücuduna zəhər keçə bilər, eləsi də var ki, ondan gözəl maskalar hazırlanır, bəzilərinə ayağınla toxunsan ən pis halda ayağını kəsə bilərlər. Yəni diqqətli və bir az təcrübəli olaraq davranmaq lazımdır. Amma qeyd edim ki, canlılar baxımından Xəzər dənizi ən təhlükəsiz dənizdir.

- Həvəskar dayverlər üçün maksimal dərinlik nə qədər olmalıdır?

- 40 metr. Biz həvəskarıq və təhlükəsiz dayvinqlə məşğuluq, bunu da öyrənmək həvəsi, istəyi olanlar üçün öyrədirik.

- Biz bu gün həvəskar olaraq məşğul olacağıq?

- Bəli, biz bu gün həvəskar dayver kimi su ilə tanış olacağıq və getdikcə marağın olsa bunu davam etdirəcəyik.

Nərmin Kazımova

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...