Əli Əhmədov: “Minimum əməkhaqqı, müavinətlər artırıldı, əlavə tədbirlər görülür”

Əli Əhmədov: “Minimum əməkhaqqı, müavinətlər artırıldı, əlavə tədbirlər görülür”
 

"Azərbaycan hökuməti hər zaman çalışır ki, vətəndaşlarımız yaxşı yaşasın”.


 

ONA-nın məlumatına görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibi-sədr müavini Əli Əhmədov deyib.


 

Ə.Əhmədov deyib ki, vətəndaşın yaşayışı həmişə dövlətin diqqət mərkəzində olub: "Bizim üçün ən böyük dəyər insandır. Azərbaycan vətəndaşı dövlətin ən böyük sərvətidir. İnsanların rifahının yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir. Bir müddət öncə Prezident İlham Əliyevin sərəncamı ilə bütün kateqoriyalardan olan insanların rifahının yaxşılaşdırılması üçün sərəncamlar imzalandı. Dövlət imkanları çərçivəsində vətəndaşların yaxşı yaşaması üçün əlavə tədbirlər görülür. Dövlət başçısının sərəncamları ilə əmək pensiyası, minimum əməkhaqqı, müavinətlər artırıldı. Vətəndaşlara verilən bütün müavinətlər artırılıb. Hökumətin imkanları artdıqca, Prezidentimiz tərəfindən bu istiqamətdə addımlar atılacaq. Dövlətin imkanları vətəndaşların rifahının yaxşılaşdırılmasına sərf edilir. Azərbaycan o qədər güclü dövlətdir ki, bu cür cəsarətli addımları atır. Güman edirəm ki, insanlar bunu yüksək qiymətləndirir”.


OXŞAR XƏBƏRLƏR