Əmir Ağayevə Azərbaycan vətəndaşlığı verilir: "Damarlarımdan İsrail qanı axır"

Əmir Ağayevə Azərbaycan vətəndaşlığı verilir:
"Sumqayıt"ın israilli yarımmüdafiəçisi Əmir Ağayev ölkəsinin mətbuatına geniş müsahibə verib.

27 yaşlı futbolçu "Sumqayıt"la bağlı danışıb və Azərbaycan vətəndaşı olub-olmayacağı barədə verilən suallara cavab verib.

- Azərbaycan çempionatı ilə bağlı ilk təəssüratınız necədir?

- Liqada 8 komanda mübarizə aparır. Liqada bir neçə zəngin və bir neçə zəif klub var. "Sumqayıt” mənə "Bney Yehuda”nı xatırladır. Sumqayıt çılğın şəhər olan Bakıdan uzaq olmayan yaxşı insanların olduğu yerdir. 

- İlk həftələr sizin üçün necə keçir?

- Rusca bilirəm və bundan istifadə edirəm. Əli Babayev mənə çox kömək olur. Bütün günü birgə oluruq. Həyat yoldaşım hər an yeni uşaq dünyaya gətirə bilər. Buna görə də ailəm üçün bir həsrət var. Əli Babayevlə İsraildə yaxın dost deyildik. Ancaq burda hər şey dəyişdi. Mənzilimiz yaxındır. İndi biz yaxın dostuq və bir-birimizə kömək edirik. Həyatda yeni təcrübədir. İsrail kanallarına baxıram. 

- Azərbaycan vətəndaşlığı alacaqsınız? Ora getməyinizin səbəbi nədir?

- Bu yolda gedirəm. Bizim komanda xüsusidir. Yanılmıramsa, "Sumqayıt” Azərbaycanda legioneri olmayan yeganə klubdur. Bir az zamana ehtiyacım var. Düşünürəm ki, burada oynaya bilərəm. 

- Özünüzü İsrailin deyil, Azərbaycan milli komandasının formasında görürsünüz? Artıq Əli Babayev Azərbaycan vətəndaşlığı alıb.

- Klub prezidenti Riad Rəfiyev mənim üçün bir şeyə cəhd etdi, baxarıq, ola bilər. Mənim damarlarımdan İsrail qanı axır. Mən gerçək israilliyəm. Ancaq zamanı gələndə asan deyil, mən bir dəfə rədd cavabı vermişdim, lakin bu barədə indi düşünürəm. Hələ heç nə bilmirəm. Bu mövzuda çox danışmıram. Əli Babayev üçün də bu hekayə çətindir. Xarakterimiz oxşardır.

- Həqiqətən də orada karyeranınızı tanıtmaq imkanınız var? Orada nə edə bilərsiniz?

- Yaxşı mövsüm keçirmək şansım var. 1,5 illik müqavilə bağlamışam. Burada kontraktım pul baxımından da önəmli idi. Mən narahat olmayacam, çünki karyeramın bu dönəmlərində ailəm üçün düşünürəm. 

- İsraildən xaricə getməyi özün düşündün, yoxsa "Hapoel”dən ayrıldığın üçün belə alındı?

- "Omoniya”dan İsrailə qayıdanda ölkə xaricinə gedəcəyimi düşünmürdüm. Özü də xanımımın hamiləlik dövrünün doqquzuncu ayıdır. Bu vəziyyətdə xaricə gedəcəyimi düşünmürdüm. 

- "Hapoel”in sizi sərbəst buraxması üzdümü?

- Klubda hər şeydən məmnun idim. Hər kəslə əla münasibətim var idi. Müqaviləmin başa çatmadan xitam verilməsi məni üzdü. Ümid edirdim ki, mövsümün sonuna qədər "Hapoel”də qalacam. 

- Klubda qalmaq üçün nəsə etdiyinizi düşünürsünüz?

- Özümü tənqid etməyi bacaran insanam. İstənilməyən yerdə qalmaq heç də əyləncəli deyil. İndi yaxşıyam, gülürəm və orada hər kəsi çox sevirəm. Kimdənsə şikayət etmirəm.Futbol11


OXŞAR XƏBƏRLƏR

Atasının itkisi onu sarsıtdı: Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yarandı

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı səhhətində yaranan problemlərdən danışıb.   Sfera.az xəbər verir ki, o, bu barədə “Həmin Zaur&rdquo...

Bu xəstəliklər ölümü tezləşdirir - SİYAHI

Dünyada hər il milyonlarla insanın həyatını itirməyə səbəb olan ən təhlükəli xəstəliklər var.    Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşk...

Bakıda Boşanmış Qadın Keçmiş Ərini Döydü – Səbəb Alimentdir

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi...

Prezident İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb - FOTO

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.   ...

Bu qidalar sonsuzluq yaradırmış - DİQQƏT!

Müasir dövrdə sonsuzluq (infertillik) hallarında artım müşahidə olunur. Bu artımın bir sıra səbəbləri arasında həyat tərzi, stress, ətraf mühit amilləri və gene...

Gənclərimiz Çinə üz tutur - Nə vəd edir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında s...