Məhkəmə qərarları vaxtı keçmiş kreditlərin həcminin azalmasında xüsusi rol oynayıb-ekspert

Məhkəmə qərarları vaxtı keçmiş kreditlərin həcminin azalmasında xüsusi rol oynayıb-ekspert

"Manatın məzənnəsində uzun müddətdir müşahidə edilən sabitlik problemli kreditlərin həcminin azalmasına gətirib çıxarıb”

 

Sfera.az-a açıqlamasında bu sözləri 2017-ci ilin sonları ilə müqayisədə 2018-ci ilin axırlarına doğru vaxtı keçmiş kreditlərin həcmində azalmanın baş vermə səbəblərini araşdırarkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib.

 

Onun sözlərinə görə, sözügedən prosesə vaxtı keçmiş kreditlərlə bağlı keçirilən məhkəmə işlərinin nəticəsi də öz təsirini göstərib: "Uzun müddətli dövrdə vaxtı keçmiş kreditlərin müəyyən hissəsini likvidləşdirmək mümkün olub. Banklar artıq bu istiqamətdə konkret addımlar atmağa başlayıb. Bunlardan biri gecikən kreditlər üzrə məhkəmə işlərinin nəticəsi məsələsidir. Məhkəmələrdə vaxtı keşmiş kreditlər üzrə çoxlu sayda iş var, təxminən 600-700 min belə iş var. Hansı ki, onların biq qismi barədə artıq məhkəmə qərarları verilib. Məhz həmin qərarların icra edilməsi vaxtı keçmiş kreditlərin həcminin azalmasına təsir göstərib. Digər bir amil problemli bankların mərhələli şəkildə sektordan kənarlaşdırılması ilə bağlıdır. 2017-ci ilin dekabrında "Dəmirbank”ın lisenziyası ləğv edilib. Az sonra onun aktivlərinin sağlamlaşdırılması və problemli kreditlərin likvidləşdirilməsi istiqamətində görülən tədbirlər həmin məsələdə azalmaya müəyyən qədər təsir göstərib. Bundan başqa, bankların özləri tərəfindən atılan addımlar da həmin prosesdə rol oynayıb. Bir sıra banklar problemli müştərilərlə işləri daha da dərinləşdirib və belə kreditlərin restruktizasiyasına başlayıblar. Nəticədə mövcud problemli kreditlər siyahıdan artıq çıxarılır. Manatın məzənnəsində müşahidə edilən sabitlik də problemli kreditlərin həcminin azalmasına gətirib çıxarıb. Bu sabitlik əhalinin kreditqaytarma qabiliyyətinəəyyən qədər pozitiv təsir göstərib ki, yeni problemli kreditlərin yaranması imkanlarını məhdudlaşdırmaqla yanaşı, eyni zamanda, vaxtı keçmiş kreditlərin bir qisminin geri dönüşünə də əlverişli şərait yaradıb. Problemli kreditlərin azalması son nəticədə bank sektoruna müsbət təsir göstərir. Hələlikdə sektorda problemli kreditlərin həcmi beynəlxalq normativlərlə müqayisədə 14 faiz olmaqla kifayət qədər yüksəkdir, amma bununla paralel qeyd edək ki, kreditin müəyyən hissəsinin geri qayıdışının təmin edilməsi bankların likvidliyinə müsbət təsir göstərib. Eyni zamanda, bankların problemli kreditlərə görə yerləşdirdiyi ehtiyatların müəyyən qədər azalmasını şərtləndirir. Nəticədə bank sektorunda mənfəət normasının yüksəlməsinə səbəb olur”.

 

Qeyd edək ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği ötən il dekabrın 1-nə 1 milyard 688,7 milyon manat təşkil edib. Bu, noyabrın 1-i ilə müqayisədə 0,6% azdır. Vaxtı keçmiş kreditlər 2017-ci ilin dekabrın 1-nə nisbətən isə 10,7% azalıb. Yaranmış vəziyyət onu göstərir ki, tədricən də olsa problemli kreditlərin həcmində ciddi azalmalar baş verir.

 

ELÇİN

 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...