"Ağ Ev Azərbaycanla strateji münasibətlər istəyir"

Erməni lobbisinin və ermənipərəst senatorların əngəl yaratmaq cəhdlərinə baxmayaraq, ABŞ Senatı ötən gün amerikalı diplomat Erl Litzenberqerin Birləşmiş Ştatların Azərbaycandakı səfiri postuna təyinatını təsdiqlədi.

Azərbaycanın ABŞ-dakı Fövqəladə və Səlahiyyətli səfiri Elin Süleymanov ABŞ Senatının bir neçə ölkə səfirinin təyinatını təsdiqlədiyini diqqətə çatdırıb:

"Bu, ABŞ Konqresinin 115-ci sessiyasının sonuncu günündə baş verdi. Bu gündən etibarən yeni çağırış Konqresi öz işinə başlayır. Ona görə də dünən təklif olunan namizədlər (təkcə səfirlər yox, başqa təyinatlar da) təsdiq olunmasaydı, prinsip baxımından yenidən namizədlərlə bağlı  dinləmələr keçirmək lazım gələcəkdi. Bu proses isə çox uzana bilər.

ABŞ-ın Azərbaycandakı səfirinin təyinatı məsələsinə gəlincə, qeyd etmək istərdim ki, bu gün dünyanın əksər ölkələrində, o cümlədən, aparıcı Avropa və Asiya ölkələrində mükəmməl olan ABŞ diplomatik nümayəndəlik rəhbəri yoxdur.

Donald Tramp administrasiyasının Azərbaycana səfir təyinatını vacib bilməsi, onun namizədliyini irəli sürməsi və təyinatı Senatın təsdiqinə buraxması, prinsipcə, bizim ölkənin Vaşinqtonun gözündə strateji əhəmiyyətinin göstəricisidir.

İndiki Ağ Ev rəhbərliyi Azərbaycanla normal, strateji, tərəfdaşlıq münasibətlərinin olmasını istəyir. Mən buna nikbinliklə yanaşıram”, - deyə Elin Süleymanov bildirib.

Azərbaycanlı diplomatın sözlərinə görə, çox məsələlər amerikalı səfirin fəaliyyətindən asılı olacaq:

"Bəli, şübhəsiz ki, ABŞ-ın Bakıdakı diplomatik missiyasının rəhbəri Birləşmiş Ştatlar administrasiyasının yürütdüyü siyasətin bir bələdçisidir. Bununla belə, səfirin şəxsiyyəti də böyük əhəmiyyət kəsb edir. Onun işinin pozitiv olacağına, həm Azərbaycan, həm də ABŞ-a xeyir verəcəyinə ümid etmək istərdim”.

Ermənistan lobbisinə gəlincə, müsahibimiz, həqiqətən də, ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədə ermənipərəst Senat üzvlərinin köməyi ilə təzyiqlər göstərmək cəhdlərinin olduğunu bildirib:

"Ona təxribat dolu suallar verirdilər, Donald Tramp administrasiyasının ünvanına kəskin tənqidlər səslənirdi. ABŞ-ın erməni icması, xüsusilə daşnakyönümlü qüvvələr, Donald Tramp və onun ötən il Azərbaycan, Gürcüstan və Ermənistanda olmuş milli təhlükəsizlik müşaviri Con Bolton haqqında mənfi fikirlər səsləndirirdilər.

Ancaq bunlara rəğmən, səfirin təyinatı təsdiqlənir, bu isə ABŞ maraqlarının üstün gəldiyini göstərir. Ermənistan diasporu öz əhəmiyyəti barədə dəm vurmağı sevir, bununla belə, vacib qərarlar zamanı ABŞ maraqları digər maraqların fövqündə olur”.

- Azərbaycan, türk, yəhudi lobbiləri Erl Litsenberqerin namizədliyinin təsdiqlənməsinə təsir göstərib? Hər halda, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza ilə bağlı məsələni yaxşı xatırlayırıq, həmin vaxt onun namizədliyi təsdiqlənməmişdi. O, bir ilə yaxın Amerika diplomatik missiyasına rəhbərlik etdi, 2012-ci ilin yanvar ayında isə bu postu tərk etməli oldu, çünki Senat onun təyinatını təsdiqləməmişdi.

- Bilirsiniz, Metyu Brayzanın səfir təyin olunması ilə bağlı kazus bu prosedurun həmin vaxt nə dərəcədə səriştəsiz aparıldığını göstərdi. ABŞ tərəfi hazırda həmin arzuolunmaz insidentin təkrarlanmasını istəməzdi.

Ona görə də bütün səylər Azərbaycana səfirin təyinatının təsdiqlənməsinə yönəldi. Düşünmürəm ki, Azərbaycan, türk və ya yəhudi lobbiləri bu prosesə aktiv şəkildə cəlb olunub. Bu, hər halda ABŞ üçün daxili məsələdir. ABŞ tərəfi səfir vəzifəsinə namizədləri özü seçməlidir. Bu, ABŞ administrasiyasının tapşırığıdır və bir daha qeyd edirəm ki, Birləşmiş Ştatların daxili prosedurudur.

Onu da vurğulamaq istəyirəm ki, ABŞ administrasiyası Azərbaycanın strateji rolunu və müəyyən təcrübəsi olan diplomatın bizim ölkəyə səfir təyin olunmasının vacibliyini yaxşı anlayır. Bu kontekstdən yanaşsaq, Azərbaycan, türk və (bizi dəstəkləyən) yəhudi lobbisinin informasiya dəstəyinin müəyyən rol oynadığını demək olar.oxu.az

OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...