Tanınmış azərbaycanlı müğənni özünə qəbir qazdırdı – Müsahibə/Video

Tanınmış azərbaycanlı müğənni özünə qəbir qazdırdı – Müsahibə/Video
Müğənni Afət Fərmanqızı müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Sonuncu müsahibənizdə 75 min manatlıq avtomobiliniz olduğunu dediniz. Bu açıqlamanıza çoxları inanmadı...

- Mən müğənni olmadan öncə atam çox imkanlı olub. Bir çox insanlar Tovuzdakı ev-eşiyimizi görməyib. İnşallah, orda da çəkiliş edəcəyəm. Bakıda həmin evə villa deyirlər. Yəni o zamanlar hər kəsin elə villası ola bilməzdi. İmkanlı ailənin qızı olmuşam. 20 ilə yaxındır ki, səhnədəyəm. İnstaqramda olan dostlarım bilir ki, ən azı ayda 2 dəfə Rusiyada el şənliklərində oluram. Orda pul qazanıb vətənimə gətirirəm. Maşınımın qiymətini də süni olaraq qaldırmamışam. Zamanında o qiymətə almışam. Bu yaxınlarda ondan da bahalı maşın alacam.

- Hansı avtomobilə sahib olmaq istəyirsiz?

- İki seçimim var. Hazırda idarə etdiyim maşının 2019 modelini istəyirəm. Amma bir dənə də avtomobil var. Markasını açıqlamıram. Maşına çox pul verməyin tərəfdarı deyiləm. Amma həmin avtomobil 120-130 min dollar dəyərindədir.

- Bir çoxları 75 min dollarlıq maşının sizə hədiyyə olunduğunu iddia etdi.

- Allah ağzınızdan eşitsin. Maşın hədiyyə olunsa, demək ki, mən ona layiqəm. Mənim maşınıma ağız büzənlərə deyirəm ki, demək ki, mən bu maşına layiqəm ki, mənə veriblər.


- Hazırda həyatınızda kimsə var?

- Həyatımda izləyicilərimdir. Sevgi istəmirəm. Özüm boyda oğlum var. O mənim hər şeyimdir. Məni sevənlər çoxdur, amma mən sevmirəm. Sevgi mənim üçün müqəddəs anlayışdır. Əfsuslar olsun ki, indi bu müqəddəs sevgini çox adiləşdiriblər.

- İstədiyiniz bir bəy çıxsa, növbəti dəfə ailə qurarsız?

- Ailə quraram. Amma sevgili həyatı yaşamaram. Mənə "sevgili olaq” deyən insanların təkliflərinə yox cavabı verirəm. Yaşım da o yaş deyil. Ailə hər bir insana lazımdır. Kiminsə ərindən kiməsə ər olmaz. Avropa düşüncəli insanam. Amma bu düşüncədə olmaq o demək deyil ki, evli kişi ilə sevgili ola bilərsən. Evli kişi ilə sevgili olmaq qədər tərbiyəsiz bir iş yoxdur. Bu fikir özümə aiddir. Başqaları həyatlarını necə yaşayır, özü bilər. İnsan çalışmaldır ki, ailə qursun və nikaha girsin. Elə adam var ki, deyir ki, kəbinimiz var. Bizim zonada kəbin əsas deyil. Əsas olan nikahdır. Əgər rəsmi nikahın yoxdursa, o, sənin ərin sayılmır.


- Özünüzdən kiçik bir bəylə ailə qurarsız?

- Baxır neçə yaş kiçikdir. Məsələn 5 yaş kiçik ola bilər. Yaşda çox böyük də olsa, olmaz.

- Kasıb oğlanla ailə qurarsız?

- Elə kasıbla quraram. Çünki oğlanın pulu çox olanda, sağa-ola baxır. Bu hər zaman belə olub. Xanımlar da mənim fikrimi dəstəkləyəcəklər.


- Son zamanlar "Oğluma müğənni qız almaram” sözü şou-biznesdə çox müzakirə olunur. Bəs siz, oğlunuza müğənni qız alarsız?

- Əlbəttə. Müğənni də, rəqqasə də alaram. Oğlum kimi istəsə, onu da alacam. Boşanmışı da ala bilər. Elə boşanmış qadınlar var ki, adı qız olub, yüz hoqqadan çıxanlara dəyər. Sadəcə boşanma səbəbini bilmək lazımdır. Mənim də bacım boşanmış idi, subay oğlana ərə getdi. Bu gün də xoşbəxtdir.

- Bir çox müğənnilərimiz falçı yanına gedirlər. İşlərini onlara görə qururlar. Siz necə?

- Tələbə vaxtı qızlara qoşulub baxdırardıq. O heç. Amma son 15 ildə kim məni falçıda görübsə, ortaya çıxsın. Həyatı boyu ola bilməz. Mən elə şeylərə inanmıram. Falçı elə yaxşı bilən olsaydı, özünə yaxşı iş tapardı, yaxşı işdə də işləyərdi. Bütün bunlar bir yana, bu gün eksklüziv bir xəbəri sizinlə bölüşəcəm. Sentyabr ayında qəbiristanlıqda özümə yer aldım. Düşünürəm ki, bu, dünya fanidir. Əsas o biri dünyamızdır. Maşın da, ev də gəldi gedərdi. Artıq məzarım da qazılıb. İndi deyəcəklər ki, kiminsə fikrini qoşuldun. Niyə indidən məzarımı qazdırmışam? Daim yollarda oluruq. Daim nəsə ola bilər. Maşallah, olsun ki, səhhətimdə heç bir problemim yoxdur. Amma ölüm qaşla göz arasındadır.


- Bu barədə doğmalarınıza danışmısız?

- Heç kim bilmir. Əzizlərim, doğmalarımdan kim var ki? Bacım, qardaşım, övladım da xaricdə yaşayır. Bunu bir tək mən, bir də yeri aldığım adam bilir.

- Daim fərqli geyimlərdə olursunuz. Ən bahalı və ən ucuz libasınızın qiyməti?

- Mənə maşın, ev, yox, geyim hədiyyə veriblər. 22 min dollara "şuba” hədiyyə ediblər. Bir mötəbər xanım var idi, onun övladının toyunu oxumuşdum. O hədiyyə etdi. Ən ucuz geyimim isə 5 manatdır. Mən alanda qiymətə baxmıram. 10 minə də, 5 manata da paltar geyinə bilərəm.Teleqraf.com


:  



 

OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...