Vladislav Şurigin: “Azərbaycan olduqca zəngin bir ölkədir “

Vladislav Şurigin: “Azərbaycan olduqca zəngin bir ölkədir “
Ermənistanın Gümrü şəhərindəki  Rusiya hərbi bazasında baş verən qalmaqalların sayı bitmir.  
 
Sfera.az xəbər verir ki, yerli ermənilərlə mütamadi olaraq hərbçilər arasında baş verən inistendlər rusiyalı ekspertləri də danışmağa vadar edib.
 
Rusiyalı tanınmış jurnalist  Vladislav Şurigin  bu bazasının Rusiya üçün hansı əhəmiyyət kəsb etdiyi haqqında öz müsahibəsində danışıb. 
- Hesab edirsiniz ki, bu gün Gümrüdəki 102-ci hərbi bazanın Rusiya üçün nə dərəcədə vacibdir?
 
- Hesab edirəm ki, bu bazanın dəyəri çox azdır. Onu orada saxlamağa heç bir mənası yoxdur. Daha doğrusu, Ermənistan rəhbərliyinə xüsusi sevgisi olan  mərhum nazir  Pavel Qraçevin  təklifi ilə o baza orda qalmışdı. Ermənistanı Rusiyanın nəzarətində saxlamaq  üçün orada bir hərbi bazası yerləşdirdi. Baza 21 avqust 1992-ci ildə imzalanmış, müqaviləyə görə ora yerləşdirilmişdi. Bizim mövcudluğumuzdan başqa heç bir ciddi hərbi əhəmiyyəti olmayıb. Hazırkı Ermənistan rəhbərliyinin siyasətini və rolunu nəzərə alaraq, biz bu bazanı tamamilə oradan çıxartmalıyıq.

- Demək olar ki, Rusiya Ermənistanda hərbi varlığından tamamilə imtina edə bilərmi?

-Bu ölkənin siyasi gələcəyi qonşuları ilə əlaqələrin necə qurulacağına bağlıdır. Amma qonşuluqdakı Azərbaycanla daha yaxşı münasibətlərimiz var. Ermənistan öz gələcəyini özü təmin etməlidir. Bu sözsüz qonşuluqdakı ölkələrdən də asılıdır. 

- Azərbaycanla hərbi əməkdaşlıq Rusiya üçün maraqlıdırmı?

- Əlbəttə. Birincisi, Azərbaycan olduqca zəngin bir ölkədir ki, bir çox müxtəlif silah ala bilir. İkincisi, Azərbaycan ənənəvi olaraq güvənərək dostluq öhdəlikləri ilə Rusiyaya bağlıdır. 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...