Elnur Məmmədli: “Bu vəzifəni gözləmirdim”

Elnur Məmmədli: “Bu vəzifəni gözləmirdim”

Xəbər verdiyimiz kimi, Azərbaycan Cüdo Federasiyasının yeni vitse-prezidentləri təyin edilib. Federasiyanın yeni vitse-prezidentləri “Neftçi” İdman Sağlamlıq Mərkəzinin icraçı direktoru Sadıq Sadıqov, Olimpiya çempionu Elnur Məmmədli, SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov seçilib. Cüdo üzrə beynəlxalq dərəcəli hakim Elmar Babanlı isə federasiyanın baş katibi təyin edilib.

 

Vəzifəsində qalan olimpiya çempionu Elnur Məmmədli Publika.az-a yeni təyinatlar və görüləcək işlər barədə danışıb.

 

- Vitse-prezident vəzifəsində qalacağınızla bağlı əvvəlcədən məlumatınız var idi?

Təbii ki, məlumatım yox idi. Bildiyiniz kimi, federasiyamızın rəhbəri Rövnəq Abdullayev seçildi. Vitse-prezidentlər də Sadıq Sadıqov, Mikayıl İsmayılov və mən seçildik. Biz bir ailəyik. Məqsədimiz də odur ki, Azərbaycanı yaxşı şəkildə təmsil edək. Rio olimpiadasına yollanıb nəticə vermək istəyirik.

 

- Federasiyada hansı yeniliklər gözlənilir?

Məqsədimiz odur ki, Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına qatılaq. İlk günümüz idi. Bu barədə söhbətlərimiz olacaq. Amma əsas məqsəd Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Gələcəkdə görüləcək işlər barədə məlumatımız olsa, geniş şəkildə məlumat verəcəyik. Yaxında bizim yenidən görüşümüz olacaq. Həm də idmançılarımızla görüşüb danışıqlar aparacağıq. Təbii ki, məşqçi heyəti ilə də... Nə əlimizdən gəlirsə, maksimum dərəcədə hamısını edəcəyik. Yenə deyirəm, hazırda əsas məqsədimiz Rio Olimpiadasına lisenziya əldə etməkdir.

 

- Yeni struktur idmançılarımızda uğurlara təkan verə biləcəkmi?

- Əlbəttə. Biz uğurlara doğru gedəcəyik inşallah. İnanıram ki, federasiyamızın yeni rəhbərinin də dəstəyi ilə yeni-yeni nailiyyətlərimiz və uğurlarımız olacaq.

 

- Baş məşqçi məsələsi nə yerdədir?

- Hal hazırda milli komandayla Hacıağa Hacıəhmədov çalışır. Bu barədə iclaslarımız olacaq, danışacağıq.

 

Dəyişiklik olarsa, yerli, ya əcnəbi mütəxəssisə üstünlük veriləcək?

Düzünü deyim ki, bu barədə hələ məlumatım yoxdur. Bu mövzuda yenilik  olan kimi açıqlayacağıq.

 

Qarşıda komandanı lisenziya xarakterli yarışlar gözləyir...

Bəli, oktyabrda bizi lisenziya xarakterli turnirlər gözləyir. Həmçinin Fransanın Paris şəhərində yarışlara qatılacağıq. Bundan əlavə ilin sonunda da Azərbaycan çempionatı keçiriləcək. Yüksək səviyyədə təlim-məşq toplanışları düşünürük.

 

- Bir müddət idi komanda xaricdə təlim-məşqlərdən məhrum olmuşdu. Bu dəyişiklikdən sonra xaricdəki təlim-məşqlər bərpa olunacaq?

- Təbii ki, yüksək səviyyədə təlim-məşq toplanışları təşkil ediləcək. İdmançıların nəticə verməsi üçün çalışacağıq.

 

Yaxında hansı ölkəyə getməyi planlaşdırırsız?

- Düzü, o barədə söhbətləşməliyik. Fikirləşməliyik ki, hansı yarışa kimlər gedəcək. Biz təlim məşqlərə güc verəcəyik ki, idmançılarımız hazır olsun.

 

- Son olaraq Elmar Babanlının təyinatına aydınlıq gətirərdiz?

Elmar Babanlı bir müddət öncə “Neftçi” İSM-də çalışırdı. Həmçinin cüdo üzrə beynəlxalq dərəcəli hakimdir. İndi də Elnur Camalxanovun yerinə baş katib gətirilib.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...