Ədalət Şükürov Qaçqınkomun sədrindən danışdı: "Əli Həsənovla bağlı onu deyim ki, mən o insanı..."

Ədalət Şükürov Qaçqınkomun sədrindən danışdı:

Qaçqınkomun sədri Əli Həsənovun nəvəsinin törətdiyi qəza son günlər sosial medianını gündəmini alt-üst edib. Məsələyə biganə qalmayanlar bu haqda öz fikirlərini paylaşmaqla yanaşı, həm də hadisəni törədənin Əli Həsənovun nəvəsi olduğundan dolayı cəza alıb-almayacağı onlarda sual doğururdu. Lakin səhər çıxan xəbərlər arasında artıq Nail Allahverdiyevin  həbs olunduğu bildirildi.

Sfera.az-ın məlumatına görə,"A24.az” cəmiyyətin bir üzvü olan lakin bu vaxta kimi məsələyə münasibət bildirməyən müğənnilərimizin fikirlərini almaq istədi. Müğənnilər arasında nüfuzu, ciddiliyi və fikirləri ilə seçilən əməkdar artist Ədalət Şükürov məsələdən çox sosial medianı tənqid atəşinə tutdu:

"Bu hadisə hər kəsin başına gələ bilər. Kimsə hansısa bir hadisə törədibsə, o öz payını alacaq. Dövlət üçün bu fərq eləmir, sən kimin oğlusan, kimin nəvəsisən. Ona görə də əgər Əli Həsənovun nəvəsi qəza törədib, adam vurub, maşın yanıb və adam ölübsə o öz cəzasını alacaq. Və bunun media tərəfindən çox firladılması, "kimin nəvəsidir, nədir?” bu artıq şeylərdir. Mən bilmirəm siz bu danışdıqlarımı verəcəksiniz ya yox, bəlkə siz məndən başqa cavab gözləyirdiniz?! Amma dediklərimi versəniz də, verməsəniz də mən öz sözlərimi deyəcəm. Mövzunun mənə aiddiyyatı yoxdur, amma mən bilmirəm siz jurnalistlər niyə mövzunu bu qədər fırladıb, böyüdürsünüz. Hər gün "İnstagram”ı, saytları açırsan eyni şeyləri yazırlar. Bu sayt o birisindən, o birisi də digərindən götürüb eyni xəbəri qoyur. Sizin ixtiyarınız yoxdur ki, bu məsələdə öz mövqeyinizi bildirəsiniz. Siz jurnalistsiniz, deyin görüm, bu nə dərəcədə düzgündür? Jurnalist informasiyanı götürməli, dərc etməzdən əvvəl onu 100 dəfə yoxlamalı, nazirliklərə zəng edib xəbərin düzgünlüyünü yoxlayandan sonra saytlarda dərc etməlidir.

Bundan başqa daha bir xəbərdə yazılır ki, Qusarda polis rəisi nazir oğlu tərəfindən güllələnib. Bu haqda bütün saytlar götürüb yazdı. Bəs yazan jurnalist yoxlamamış bunu belə verə bilər? Nazirlikdən yazığ polkovniki çağırıblar və  görüblər ki, insan sağ-salamatdır. Zəng ediblər Qusar polisinin rəisinə, o da dedi ki, belə bir şey olmayıb. Bax bu nə qədər düzgündür? Bunu yazan jurnalistlər fikirləşmir ki, bunun atasının ürəyi xəstədir və ya həyat yoldaşı hamilədir, bəlkə anası ağır xəstədir, ürəyi dayanar?! Çünki saytlara ancaq qalmaqal lazımdır.

Daha sonra əməkdar artist Əli Həsənovla bağlı bunları dedi:

"Məsələyə gələndə mövqeyim belədir: Kimliyindən asılı olmayaraq qəza törədibsə, həmin şəxs onun cavabını verəcək, vəssalam! Lazım deyil yazmaq ki, bunun babası kimdir, qohumu kimdir? Hazırda ona 1 aylıq həbs verdilər, bundan sonra da nəyin necə olacağı bilinəcək.

Gündə bir neçə qəza olur. Niyə məhz mövzunu bunun üzərində fırladırsınız? O qədər məmurlar tanıyırıq ki,  məsələn şəhərin icra başçılarından biri adam vurmuşdu, 5 il yatdı çıxdı. O birisi 8 il yatdı çıxdı. Bizim Mübariz müəllimin oğlu ( Mübariz Mədətov) bu ilin mart ayında həbsxanadan çıxdı.

Əli Həsənovla bağlı açığı onu deyim ki, mən o insanı heç təklikdə də görməmişəm. Mənim ondan asılılığım da yoxdur. Amma bu qədər də olmaz da… Mövzunu fırlatmaqla yaralanan və ya ölənlərə nəsə xeyriniz dəyəcək?! Bu ancaq prokurorluğun işidir”.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...