Gənc aktrisa: “Nişanlım məmur oğlu deyil, o...” - FOTOLAR

Gənc aktrisa: “Nişanlım məmur oğlu deyil, o...” - FOTOLAR

Aktrisa Pərvin Abiyeva şəxsi həyatından danışıb.

Musavat.com saytına açıqlama verən aktrisa keçmiş nişanlısı ilə barışdığını deyib: "Nişanlımla barışmışam. Əslində, onunla 8 martdan öncə barışmışdıq, amma heç kəsə bildirmirdik. Evliliyi hələ düşünmürük. Çünki işlərim çoxdur. Hələlik işlərimi qaydasına salmalıyam, şəxsi həyatım ikinci plandadır. Həm də tam barışmış sayılmırıq. Çünki heç nə əvvəlki kimi deyil".

P.Abiyeva nişanlısının məmur oğlu olduğu haqda yayılan xəbərlərə də aydınlıq gətirib: "Nişanlım məmur oğlu deyil, dövlət işində də çalışmır. Biznesmendir”.

Aktrisa bildirib ki, cütlüyün ayrılmasına səbəb qısqanclıq olub: "İkimiz də çox qısqancıq. Bu da aramızda problemlərin yaranmasına gətirib çıxarır. Bəzi şayiələr gəzir ki, nişanlımdan ayrıldım, depressiyaya düşdüm, buna görə də saçlarımı kəsdirdim. Bunlar hamısı boş söhbətlərdir. Depressiya mənlik deyil. Saçlarımı da layihə üçün kəsdirmişəm".

Musavat.com,


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...