\"Kara Sevda\"nın Nihanı - Kasıb qız necə milyonçu oldu?

\
Türkiyənin məşhur aktrisası, Azərbaycanda da böyük maraqla izlənən "Kara Sevda” serialının ulduzu Neslihan Atagülün müsahibəsini təqdim edirik:
 
- Şöhrətə qovuşmaq üçün qismətə boyun əyib gözlədiniz, yoxsa, əlinizdən gələn hər şeyi etdiniz?

- Tək məqsədim anamın qürur mənbəyi olmaq idi. Xəyal qururam və onun reallığa çevrilməsi üçün çalışıram. İşimi yaxşı görəndə, məqsədimə nail olanda, xəyallarım reallaşanda hər kəs kimi mən də özümü yaxşı hiss edirəm. Həqiqətən dırnaqlarımla qaza-qaza gəlmişəm zirvəyə.

- 14 yaşında "Yarpaq tökümü” ilə aktrisalığa başladınız. İndi o serialda baş rolda oynayanlara rəqibsiniz. Mükafatlarınız var. Bu qədər məşhurlaşacağınızı gözləyirdiniz?

- Yoxsul bir ailədən çıxmışam. Atam sürücü, anam isə ev xanımıdır. Məndən 7 yaş böyük olan bir qardaşım var. Ətrafımda gördüyüm insanların çoxu işlərindən narazı idilər. Heç kim gördüyü işdən məmnun deyildi. Ona görə də, hələ balacalıqdan məni xoşbəxt edəcək iş haqda fikirləşirdim. 8 yaşım var idi, televizora baxırdıq, üzümü atama çevirdim və dedim ki, mən aktrisa olacağam. Mənə baxdı, saçlarımı tumarladı və fikrimi dəstəklədi. 13 yaşım tamam olanda adını eşitdiyim bir agentliyə müraciət etmək qərarına gəldim. Naməlum nömrələr xidmətinə zəng edib agentliyin nömrəsini öyrəndim.

- Niyə naməlum nömrələr xidmətinə zəng etdiniz, evdə internet yox idi?

- Evdə kompüterimiz yox idi. Agentliyə zəng edib qeydiyyatdan keçmək istədiyimi dedim. Anam məni agentliyə apardı və şəkillərimi verdi. Elə bilirdim ki, dərhal zəng edəcəklər. Ancaq aylar keçir, səs-soraq çıxmırdı. Ümidimi itirməyə başlamışdım. Dayanmadan xəyal qururdum. Yaxşı ki, 6 ay sonra zəng etdilər. Amma mən 6 ayda çox qorxmuşdum.

- Niyə?

- Çünki, xəyalları suya düşən çox insan görmüşdüm. Onlardan biri olmaq istəmirdim. 13 yaşımda ilk dəfə filmə çəkildim. "İlk eşq” adlı bu film sayəsində kino festivalında "Ümid vəd edən gənc aktrisa” mükafatına layiq görüldüm. Özümü inkişaf etdirməli olduğumu bilirdim. 14 yaşımda "Yarpaq tökümü”ndə rol aldım. 18 yaşıma kimi bu işə davam etdim.

- Türkiyənin gözü qarşısında böyümək sizə necə təsir etdi?

- Heç çətinlik çəkmədim. Əsas odur ki, kim olduğumu unutmadım. Yaxşı insan olmağa çalışmaq lazımdır. Məsələn, cibində 5 lirən olsa belə, onunla xoşbəxt olmağı bacarmalısan. Mən şəxsi həyatımda da beləyəm.

- Bir dəfə müsahibələrinizin birində gənclər arasında populyar olan ketaları heç vaxt geyinməyəcəyinizi və ağıllı telefonlara qarşı olduğunuzu demişdiniz...

- Davamlı olaraq nə isə alırıq. Çox vaxt da ehtiyacımız olmayan şeyləri alırıq. Buna görə də, heç kim həyatdan zövq almır.

- Belə deyirsiniz, amma əlinizdə son model ağıllı telefon var...

- Nə qədər qarşı gəlsək də, biz də bu sistemin içərisindəyik. Amma hələ də fikrim dəyişməyib. Niyə hər kəs məşhur olan bir şeyi almaq istəyir? Artıq insanların özlərinə məxsus tərzləri yoxdur. Çünki buna cəsarətləri çatmır.

- "Kara sevda”da canlandırdığınız Nihan necə bir qadındır?

- Universitet tələbəsidir. Rəssamlıq üzrə təhsil alır. Ailəsi imkanlıdır. Ancaq yenə də həyatdan məmnun deyil, nəyinsə əskik olduğunu hiss edir. Qarşısına həmin boşluğu dolduran bir adam çıxır. Bu işin mənim üçün xüsusi bir yeri var. Çünki illər öncə işə "Ay yapım” şirkəti ilə başlamışdım, indi yenə onlarla birlikdəyəm, amma bu dəfə baş roldayam.

- Heç qara sevdaya düşmüsünüz?

- Qaradır, yoxsa ağdır bilmirəm, amma sevdaya düşmüşəm. Onu hazırda yaşayıram.

- Serialda zəngin qız-kasıb oğlan sevgisindən söhbət gedir. Həqiqətənmi eşqə gedən yolda bu amil əsas maneə ola bilər?

- Biz dünyaya gələndə belə şeylərin fərqində olmuruq. Sonradan bu fikirlər beynimizə yeridilir. Mən heç vaxt yuxarı, aşağı təbəqə fərqi güdməmişəm. Əlaqələrimdə həmişə mənəviyyata üstünlük vermişəm.

- Siyasətlə maraqlanırsınız?

- Çox maraqlanmıram. Amma ölkənin gündəmindən xəbərsiz olmaq vicdansızlıq olardı. Bəzən xəbərləri oxuya bilmirəm, televizoru söndürürəm. Uşaqlar ölür. Bunları bilərək həyata davam etmək çox çətindir.

- Ümidlisiniz?

- Ümidimi itirməməyə çalışıram. Ölkəmiz daha əvvəl də belə çətin dövrlərdən keçib.

- Bəs senzuralar haqqında nə düşünürsünüz?

-Təəssüf ki, Türkiyədə ifadə azadlığı yoxdur.

- Bir serialdakı öpüşmə səhnəsinin, ya da filmdəki abort səhnəsinin sizin aktrisalığınızdan çox müzakirə edilməsi sizi narahat edir?

- Əvvəllər təəccüblənirdim. "Araf” filmində ayaqyolundakı abort səhnəsi çox tənqid olunmuşdu. Halbuki real həyatda hər gün belə hadisələr yaşanır. Deməli, biz real hadisələri tamaşaçıların gözünə soxanda narahat olurlar. Amma kinonun məqsədi elə budur.

OXŞAR XƏBƏRLƏR

İsraillə müharibə Livana milyardlarla dollara BAŞA GƏLİB

İsraillə müharibə Livana 20 milyard dollara başa gəlib.   Sfera.az xəbər verir ki, bunu Livanın iqtisadiyyat naziri Amin Salam deyib.   Mə...

COP29 iştirakçıları viza və akkreditasiya sistemindən niyə razı qaldı? - Detallar AÇIQLANDI

COP29 tədbirində on minlərlə nümayəndə qeydiyyatdan keçib.   Sfera.az xəbər verir ki, bunu Akkreditasiya və Viza Departamentinin direktoru Fidan Yusu...

Türkanın halı pisləşdi, studiyanı tərk etdi - VİDEO

Müğənni Türkan Vəlizadənin efirdə halı pisləşib.   Sfera.az olay-a istinadla xəbər verir ki, “Rəngarəng səhər” verilişində onun neçə il&n...

Gələn il Xankəndi və Ağdərədən büdcəyəgəlirlər daxil olacaq

İşğaldan azad olunmuş ərazilərimiz ölkə iqtisadiyyatına yenidən inteqrasiya olur.   Sfera.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin...

Arda Turan “Atletiko”nun baş məşqçisi olmaq istəyir

“Atletiko”nun sabiq futbolçusu Arda Turan İspaniya mətbuatına açıqlama verib.   Sfera.az xəbər verir ki, AS nəşrinə danışan hazırda &ldqu...

Azərbaycanın qeyri neft-qaz ixracı ARTDI - Ən çox satılan məhsullar

Azərbaycanın qeyri neft-qaz məhsullarının ixracının həcmi artıb.   Sfera.az xəbər verir ki, ötən ilin yanvar-oktyabr aylarında 2,712 milyard dollar o...