Misir Mərdanov ona qarşı sui-qəsd planından danışdı: "Hər şeyi açıqlasam..."

Misir Mərdanov ona qarşı sui-qəsd planından danışdı:

Sfera.az sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanovun Globalinfo.az-a müsahibəsini təqdim edir:

 

- Misir müəllim, bir neçə gün əvvəl "kəriməçilərin" sizə sui-qəsd təşkil etməsinə dair xəbərlər yayıldı. Bu haqda nə deyə bilərsiniz?

 

- Açığı, özümə qarşı hansısa sui-qəsd cəhdi hiss etməmişəm, amma dedilər ki, belə plan olub. Hazırda həmin şəxsin məhkəməsi davam edir, araşdırmalar aparılır.

 

- Bəs bu cəhd nə zaman olub? Siz nazir olduğunuz dövrdə, yoxsa yaxın vaxtlarda?

 

- Dəqiq tarixi deyə bilməyəcəm, lakin yeni işimdə olarkən baş verib. Ola bilər, nazir olduğum vaxtla əlaqədardır, çünki burada kiçik vəzifədə çalışıram. Yəqin ki, nazir olduğum zaman hansısa addımım həmin şəxslərin xoşuna gəlməyib. Bu, sadəcə, mənim versiyamdır...

 

- Sizcə, hansı sözünüz və ya çıxışınız onların xoşuna gəlməyə bilərdi?

 

- Təxmini düşündüklərim var, amma sui-qəsdə səbəb olacaq bir addım atmamışam. Hazırda araşdırma aparılır. İstintaq yekunlaşmadan bu barədə danışmağım doğru olmaz. Hər şeyi açıqlasam, istintaqın işinə mane ola bilərəm. Hansısa sözüm işə kölgə salar.

 

- Düşməniniz çoxdur?

 

- İnanmıram ki, düşmənim olsun, çünki həyatda heç kimə pislik etməmişəm. Ola bilər, yaxşılıq edə bilməyim, amma pislik də etməmişəm.

 

- Sosial şəbəkələrdə bir çoxu sizin yenidən təhsil naziri olmağınızı arzu edir. Bəs Misir Mərdanov nazir olmaq istəyirmi?

 

- Gərək elə şey istəyim ki, mümkün və ya mümkünəyaxın olsun. Artıq 78 yaşım var, bu yaşda biri nazir olmaq istəməz. Haqqımda müsbət düşünənlərə təşəkkür edirəm, amma Allah nə qədər ömür veribsə, indiki iş yerimdə çalışıb Vətənimə, xalqıma xidmət edəcəyəm.

 

- Sizcə, fərqliliyiniz nədədir ki, insanlar hələ də sizi arzulayır?

 

- Harada işləməyimdən asılı olmayaraq, hər zaman insanların arasında olmuşam. Bəlkə də digərlərindən fərqli olaraq heç vaxt cangüdənlə, sürücü ilə gəzməmişəm, özümə və ailəmə məxsus olan işləri özüm etmişəm, bazarlıqlara tək getmişəm, bu gün də eynisini edirəm. Çalışmışam, insanların arasında daha çox olum, arzu və istəklərini dinləyim. Bütün fəaliyyətim boyunca onlara xidmət etmişəm. Məni sevməklərinin səbəbi bu ola bilər.

 

- Misir müəllim, övladlarınız arasında sizin yolunuzu davam etdirən var?

 

- Təəssüf ki, yoxdur. 3 övladım var: oğlum polisdə işləyib, indi təqaüddədir, qızımın biri evdar xanımdır, digəri isə universitetdə dosentdir. Lakin mənim ixtisasım üzrə deyil. Yoldaşım da evdar xanımdır. Bu yaşda mənə baxsa, kifayət edir (gülür).

 

- Xanımınızın çalışmasını özünüz istəməmisiniz?

 

- Həyat yoldaşım ali təhsillidir. Hətta universiteti yüksək səviyyədə bitirib. Çalışsa, daha yaxşı uğurlar əldə edə bilərdi, amma istəmədi. Xanımım övladlarımıza, mənə, indi də nəvələrimizə vaxt ayırmağı seçdi. Qərarına hörmətlə yanaşdım. Əvvəllər orta məktəbdə biologiya müəllimi olaraq işləyirdi, sonra istəmədi. Mən onun çalışmasına heç vaxt mane olmamışam. Qərarı xanımım verib.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...