“Azərbaycan nümayəndə heyəti müvəqqəti olaraq AŞPA-da fəaliyyətini dayandırmalıdır”

“Azərbaycan nümayəndə heyəti müvəqqəti olaraq AŞPA-da fəaliyyətini dayandırmalıdır”

Qüdrət Həsənquliyev: “Biz bunu etməsək onlar daha da azğınlaşacaq, üzümüzə baxa-baxa bizi alçaldıb, əleyhimizə daha sərt qərarlar qəbul edəcəklər”

 

Moderator.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edir:

 

- Qüdrət bəy, oktyabrın 12-də Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə qəbul olunmuş qətnaməyə münasibətiniz bilmək istərdik.

 

- Öncə iclasda iştirak edən həmkarlarıma minnətdarlığımı bildirmək istərdim. Onlar Ermənistanın təcavüzü, azərbaycanlılara qarşı apardığı etnik təmizləmə, soyqırım cinayətləri barədə kifayət qədər tutarlı və faktlarla əsaslandırılmış çıxışlar etdilər. Lakin islamafob xristian çoxluq özünü karlığa qoydu və həyasızcasına əleyhimizə riyakar bir qərar qəbul etdi. Hesab edirəm, Azərbaycan nümayəndə heyəti onların qərarını gözləmədən özü müvəqqəti olaraq AŞPA-da fəaliyyətini dayandırmalıdır. Eyni zamanda Avropa Parlamenti ilə əlaqələrə də son qoyulmalıdır. Biz bunu etməsək onlar daha da azğınlaşacaq, üzümüzə baxa-baxa bizi alçaldıb, əleyhimizə daha sərt qərarlar qəbul edəcəklər. Qoy bizim iştirakımız olmadan demokratiyadan, haqdan, ədalətdən, beynəlxalq hüquqdan utanmadan nə qədər istəyirlər zəvzəyib çərənləsinlər.

 

“Önəmli olan Qarabağda dövlət suverenliyinin bərpa olunmasıdır”

 

- Putinlə Əliyevin Bişkek görüşü barədə nə deyə bilərsiniz?

 

- Hər iki lider arasında etimadlı münasibət var. Azərbaycan Respublikası Prezidentinin Qarabağla və Rusiya-Azərbaycan münasibətlərinə dair qəbul etdiyi və ya edəcəyi qərarlara güvənmək lazımdır. Soydaşlarımız bilməlidir ki, Rusiya ilə münasibətlər düzgün qurulmasaydı Qarabağ uğrunda savaş çox qanlı olardı. Önəmli olan Qarabağda dövlət suverenliyinin bərpa olunmasıdır. Qalan məsələlər təfərrüatlardır ki, zamanla həll olunacaq. İnanıram ki, tezliklə Rusiya sülhməramlılarının gələcək taleyi ilə əlaqədar məsələyə aydınlıq gələcək və Xankəndi daxil, Qarabağın bütün yaşayış məntəqələrində Azərbaycan bayrağı dalğalandırılacaq, Xankəndindən didərgin salanmış vətəndaşlarımız öz evlərinə dönəcəklər. Bölgədə yaranmış yeni əməkdaşlıq imkanlarından geniş istifadə olunacaqdır. Biz elə davranmalıyıq ki, ölkəmizin suverenliyinə, beynəlxalq imicinə ziyan vurmadan Rusiya ilə etimadlı münasibətləri qoruyub saxlayaq.

 

- Ermənistanla yaxın zamanlarda sülh sazişi imzalanacağına inanırsınızmı?

 

- Yox. Xankəndini azad etməklə biz sülhü xeyli yaxınlaşdırdıq, amma Ermənistan Rusiyanın vasitəçiliyi olmadan Qərbli havadarlarının köməyi və iştirakı ilə özü üçün daha əlverişli şərtlərlə sülh sazişi imzalamaq istəyir. Bu isə alınan deyil.


OXŞAR XƏBƏRLƏR

Bir çox paranormal hadisələrin baş verdiyi Myrtles plantasiyası

Luizianada ən çox ruh və kabusların müşahidə olunduğu yer - “Myrtles Plantation” (Myrtles plantasiyası) haqqında rəvayət və fərziyyələr bu günə qədə...

Peruda Kolumb dövründən əvvələ aid mumiyalar aşkar edildi

Perunun Barranka şəhərinin kənarında Polşa və Peru alimlərindən ibarət bir qrup bu yaxınlarda maraqlı tariximizə işıq salan arxeoloji abidə aşkar ediblər. &nbs...

BBC xəbər aparıcısı canlı yayımda orta barmağını göstərdi - FOTO

Britaniyanın BBC kanalında xəbər aparıcısı olan 46 yaşlı Meriam Moşiri canlı yayımın başlamasından xəbəri olmadığı üçün kameraya orta barmaq göstərib.   ...

Bəy toy günü gəlinə "yox" dedi

33 yaşlı öküz döyüşçüsü Xuan Orteqa öz toyuna gəlməyərək qohumlarını və dostlarını şoka salıb.   Sfera.az bildirir ki, qalmaqaldan sonra gəlin evə gedə...

Həkim xəstəsini gizli şəkildə necə hamilə edib?

Pasiyentlərdən biri həkim Kristofer Gerndonu onun razılığı olmadan öz sperması ilə hamilə qoymaqda ittiham edib. Bundan sonra həkimin lisenziyası əlindən alınıb...

Birinci Dünya Müharibəsi zamanı Britaniyalılara kömək edən fil - FOTO

Birinci Dünya Müharibəsi zamanı İngiltərədə Lizzie adlı bir hind fili şəhər ətrafında maşın və sursat daşımağa kömək edib. O, həmçinin Şeffild tökmə zavodlarını...