"Azərbaycanın təkləndiyi dövrlər arxada qalıb"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına müsahibə verib.

 

Sfera.az həmin müsahibəni oxuculara təqdim edir:

 

- Qüdrət bəy, İran Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Xərazi deyib ki, İran Azərbaycanın Ermənistanın ərazisini işğal etməsinə dözməyəcək. Kamal Xərazinin bu iddiasına münasibətiniz necədir?

 

- Əvvəla, Azərbaycan Ermənistanın ərazisini işğal etməyə hazırlaşmır. İkincisi, Ermənistan Azərbaycanın torpaqlarının 20%-ni 30 ildən artıq bir müddətdə işğal altında saxlayıb, bir milyon müsəlmanı ev-eşiyindən didərgin salıb, amma İran quzu kimi, məlulcasına buna dözüb. İndi nə olub, qeyrətə gəliblər? İran Ermənistana yarınmaq istəyirsə bunun başqa yolunu tapsın, bizim adımızı hallandırmasın. Biz Ermənistandan öhdəliklərini yerinə yetirməsini tələb edirik. İran bölgədə sülh və əməkdaşlıq istəyirsə Azərbaycanın haqq işini müdafiə etməli, ürək bulandırmamalıdır. Zəngəzur dəhlizi açılmalıdır.

 

“Azərbaycan dövlətinə və xalqına silah qaldırmış hər kəs cəzalandırılmalıdır”

 

- Rusiya XİN rəsmisi Zaxarova deyib ki, Qarabağı tərk etmiş bir qrup erməni Azərbaycana qayıtmaq istəyir. Bu məsələyə necə baxırsınız?

 

- Ermənilərin Azərbaycan qayıtması Ermənistanla danışıqların predmeti olmalıdır. 200 minə qədər Qərbi Azərbaycanlı Ermənistana - Zəngəzura, Qarabağ erməniləri isə Azərbaycana qayıda bilər. Bu iş paralel aparılmalıdır. Birtərəfli qaydada ermənilərin Azərbaycana buraxılması səhv, münaqişə ocağının gələcək nəsillərə, xarici güclərin bizim daxili işlərimizə müdaxilə imkanlarının saxlanması olardı. Bundan başqa, qayıdan ermənilərin arasında Azərbaycan dövlətinə və xalqına silah qaldırmış hər kəs cəzalandırılmalıdır. Prezident qan tökülməməsi üçün vaxtında amnistiya təklif etdi, amma onlar qəbul etmədilər.

 

“Azərbaycanın təkləndiyi köhnə dövrlər arxada qalıb”

 

- Prezidentin Paşinyanla görüşdən imtina etməsini necə qarşıladınız?

 

- Prezident bununla Qərb mediasına Azərbaycana qarşı total əks-təbliğat kampaniyası aparmaq göstərişi vermiş siyasi dairələri, Avropa Parlamenti kimi bəzi beynəlxalq qurumları başa salmaq istədi ki, riyakar və beynəlxalq hüquqa hayqırı açıqlamalarınızla, hədələrinizlə bizi qorxuda bilməzsiniz. Sizlər bir milyon azərbaycanlı qaçqını görməyib, könüllü Ermənistana köçmüş 90 min erməni barədə haray-həşir salıb, onların etnik təmizləməyə məruz qalması barədə müzakirələr açmaqla yalnız özünüzün nə dərəcədə əxlaqsız olmanızı nümayiş etdirə bilərsiniz. Ermənistanın bacısı Fransa danışıqlarda onun yanında olmaq istəyirsə bizim qardaşımız Türkiyə də orda olmalıdır. Artıq Azərbaycanın təkləndiyi köhnə dövrlər arxada qalıb.


OXŞAR XƏBƏRLƏR

Bir çox paranormal hadisələrin baş verdiyi Myrtles plantasiyası

Luizianada ən çox ruh və kabusların müşahidə olunduğu yer - “Myrtles Plantation” (Myrtles plantasiyası) haqqında rəvayət və fərziyyələr bu günə qədə...

Peruda Kolumb dövründən əvvələ aid mumiyalar aşkar edildi

Perunun Barranka şəhərinin kənarında Polşa və Peru alimlərindən ibarət bir qrup bu yaxınlarda maraqlı tariximizə işıq salan arxeoloji abidə aşkar ediblər. &nbs...

BBC xəbər aparıcısı canlı yayımda orta barmağını göstərdi - FOTO

Britaniyanın BBC kanalında xəbər aparıcısı olan 46 yaşlı Meriam Moşiri canlı yayımın başlamasından xəbəri olmadığı üçün kameraya orta barmaq göstərib.   ...

Bəy toy günü gəlinə "yox" dedi

33 yaşlı öküz döyüşçüsü Xuan Orteqa öz toyuna gəlməyərək qohumlarını və dostlarını şoka salıb.   Sfera.az bildirir ki, qalmaqaldan sonra gəlin evə gedə...

Həkim xəstəsini gizli şəkildə necə hamilə edib?

Pasiyentlərdən biri həkim Kristofer Gerndonu onun razılığı olmadan öz sperması ilə hamilə qoymaqda ittiham edib. Bundan sonra həkimin lisenziyası əlindən alınıb...

Birinci Dünya Müharibəsi zamanı Britaniyalılara kömək edən fil - FOTO

Birinci Dünya Müharibəsi zamanı İngiltərədə Lizzie adlı bir hind fili şəhər ətrafında maşın və sursat daşımağa kömək edib. O, həmçinin Şeffild tökmə zavodlarını...