“Ermənipərəst dairələrin təzyiqinə davam gətirməliyik”

“Ermənipərəst dairələrin təzyiqinə davam gətirməliyik”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partuyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edirik:- Qüdrət bəy, Qarabağda baş verən son hadisələrə münasibətinizi bilmək istərdik.

 
- Öncə Allahdan şəhidlərimizə rəhmət diləyirəm!
 
2020-ci ildə müharibəni uduzan Ermənistan fikirləşirdi ki, Azərbaycan və Rusiyanı aldadıb atəşkəsə nail olub və bundan sonra atəşkəs barədə imzalanmış üçtərəfli Bəyannamə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə bilər. Yəni, qoşunlarını Qarabağdan çıxarmadı, Naxçıvana maneəsiz gediş-gəlişi təmin etmədi və Rusiyanın nəzarətində olmalı olan dəhlizin açılmasına imkan vermədi, sülh sazişini imzalamadı. Düşünürdülər ki, Rusiya sülhməramlıları Qarabağdakı işğalçı rejimi müdafiə edəcək və Rusiya öz “maraqları” naminə Azərbaycana Qarabağda antiterror əməliyyatları keçirməyə imkan verməyəcək. Onlar sülh danışıqlarını uzatmaqla həm də Rusiyanın Ukraynada məğlubiyyətini və bunun nəticəsi olaraq Rusiyada birinci Qarabağ savaşında onlara Qərbin də təhriki ilə ciddi dəstək verən Qorbaçyov bə ya Yeltsin kimi birisinin hakimiyyətə gəlməsini gözləyirlər. Atəşkəsdən keçən üç il ərzində bizim dediyimizin əksinə olaraq bəyan etdilər ki, münaqişə bitməyib və belə bir görüntü yaratmaq üçün mütəmadi olaraq terror aktları törətdilər, müxtəlif təxribatlara əl atdılar. Çalışdılar ki, beynəlxalq birliyi, xüsusilə Qərbdəki erməni diasporasının ciddi təsiri altında olan ermənipərəst ölkələrin dəstəyi ilə Qarabağda yaşayan ermənilərə de-fakto onların müstəqilliyini təmin edəcək siyasi status alsınlar. Bu xəstələnmiş xalqın xəstə liderləri bizim ölkələrin ərazi bütövlüyünə hörmət və qonşular olaraq dinc-yanaşı yaşamaq barədə çağırışlarımıza cavab verməməklə növbəti dəfə səhv etdilər. Azərbaycan antiterror əməliyyatına başlayıb və ümid edirəm Qarabağ üzərində dövlətin suveren hüquqlarının bərpası ilə nəticələnəcək.
 
- Bizim dayandırılmaq ehtimalımız qədərdir?
 
- Regionda bizə real mane ola biləcək tək güc Rusiyadır və hesab edirəm ki, Rusiya Ermənistanın yürütdüyü riyakar siyasəti görür və belə bir siyasətə dəstək verməz. Həm də Rusiyanın özünün problemləri kifayət qədrdi. Rusiya Türkiyə və Azərbaycanın timsalında Ermənistandan fərqli olaraq etibarlı tərəfdaş görür. Həyat sübut etdi ki, İlham Əliyev zamanında “Putinə inanıram, o məni satmaz” deyəndə yanılmayıb. Ermənipərəst dairələrin, bölgədə və münaqişənin davam etməsində maraqlı olan ölkələrin təzyiqinə isə davam gətirməliyik. Bu gün İlham Əliyev əsası iki yüz il əvvəl ermənilərin torpaqlarımıza köçürülməsi ilə qoyulmuş, son yüz ildə qanlı toqquşmalarla müşayiət olunan bir münaqişəyə son qoymaq ərəfəsindədir. Bundan faydalanan həm də erməni xalqı olacaq. Paşinyan isə nəhayət ki, ağıllanmalı və erməniləri silahı yerə qoyub Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmağa çağırmalıdır. Onun etnik təmizləmə və soyqırım kimi axmaq bəyanatları sülhə töhfə vermir.

OXŞAR XƏBƏRLƏR

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...