“Hökumətin məqsədi büdcəyə daha çox vəsait toplamaq yox, yeni iş yerlərinin açılması olmalıdır”

“Hökumətin məqsədi büdcəyə daha çox vəsait toplamaq yox, yeni iş yerlərinin açılması olmalıdır”

Qüdrət Həsənquliyev: “Yeni iş yerləri açılarsa, bu zaman büdcə gəlirləri onsuz da artacaq”

 

Moderator.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edir.

 

- Qüdrət bəy, Rusiya Federasiyasının prezidenti ölkənin baş nazirinə inzibati orqanların, icra hakimiyyəti və bələdiyyə qurumlarının sahibkarların biznes fəaliyyətini yoxlamağı 01 oktyabr tarixdən qadağan edən qanun layihəsinin hazırlanmasını tapşırıb. Ölkədə qanunun aliliyi təmin edilmirsə bu, iqtisadiyyatın inkişafına töhfə verə bilərmi ?

 

- Ölkədə qanunların aliliyi tam təmin olunmasa belə, bu, biznes mühitini yaxşılaşdıracaq. Biznes subyektlərinin yoxlanılması yalnız vergi orqanlarına tapşırılacaq. Onlar sahibkarın qanunsuz olaraq “qanını” alanda belə biləcəklər ki, onun bərpası üçün zaman lazımdır. Əks halda “ölə” bilər. Cinayət xarekterli faktlar aşkarlandıqda isə onu İstintaq Komitəsinə göndərəcəklər. Bu halda daha bizdəki kimi özləri istintaq aparmayacaqlar. Hüquq mühafizə orqanları hər hansı cinayət işinin istintaqı zamanı iqtisadi fəaliyyət sahəsində cinayət faktları ilə rastlaşarsa, həmin faktların yoxlanılması vergi orqanlarına göndəriləcək. Bu sahibkarları müəyyən mənada qoruyacaq. Yoxsa bir dövlət orqanı gedir, digəri gəlir və hər biri “qan” alanda sahibkar o dünyalıq olur. Ona görə də heç kim Rusiya iqtisadiyyatına investisiya qoymur, kapital xaricə axır.

 

- Azərbaycanda da oxşar qərarın qəbulunu mümkün sayırsınızmı?

 

- Prezident keçən ay “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın tərkibində dəyişiklik etdi. Ümid edək, yeni tərkibdə komissiya fərqində olacaq ki, əlverişli biznes mühiti yaratmaq üçün ciddi adımlar atmağa ehtiyac var. Qarabağın bərpası üçün böyük məbləğdə vəsait lazımdır. Neft və qaz satışından gələn gəlirlər isə yetərli deyil. Buna baxmayaraq, hökumətin məqsədi büdcəyə daha çox vəsait toplamaq yox, yeni iş yerlərinin açılması olmalıdır. Yeni iş yerləri açılarsa, bu zaman büdcə gəlirləri onsuz da artacaq. Amma yeni iş yerləri açılmadan gömrük və vergi proqnozları sistemli şəkildə hər il artırılırsa, bu kiçik və orta biznesi çökdürür. Düşünürəm, Rusiyanın təcrübəsindən istifadə faydalı olardı. Azərbaycanda da vahid İstintaq Komitəsinin yaranmasına ehtiyac var.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 40 yaşlı kişi faciəvi şəkildə ÖLDÜ

Ağcabədi rayonunda 40 yaşlı kişini ildırım vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Gələbədin kəndində baş verib.   Kənd sakini, 1...

Adapteri “tok”a taxanda partlayış oldu - Ər-arvad öldü

Kürdəmir rayonunda ər və arvadının ölümü ilə nəticələnən partlayış baş verib.   Sfera.az Qaynarinfo-ya istinadən xəbər verir ki, dünən günorta saatla...

“WhatsApp” bu smartfonlarda işləməyəcək

“Whatsapp” köhnə "Android" dəstəkli smartfonlarda işləməyəcək.   Sfera.az xəbər verir ki, 24 oktyabr tarixindən etibarən &...

Nazirlərin oktyabr ayı üçün vətəndaş qəbulu CƏDVƏLİ

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin oktyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaş...

Müstəmləkəçilərə qarşı mübarizə apararaq bütün Qərbi Afrikaya hakim olan qadınlar - Dahomey Amazonları

Tarixdə kişilərin dominant olduğu cəmiyyətlər hər zaman ön plana çıxsa da, bu yazıda qorxmaz qadın ordusu haqqında oxuyacaqsınız.   Sfera.az sizə Dahom...

Berlində daha bir biabırçı görünüş - Repper sevgilisini Kim Kardaşyana oxşatmaq istəyir

Kanye West və onun həyat yoldaşı Bianca Censori, açıq-saçıq geyimləri və açıq-saçıq ictimai “dəlilikləri” səbəbiylə mübahisələrə səbəb olan, aylarla...