Qurban Qurbanov narazılıqlara fikir bildirdi: Mənim narahatlığım yoxdur

Qurban Qurbanov narazılıqlara fikir bildirdi: Mənim narahatlığım yoxdur

"Qarabağ" Avropa Liqası III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Finlandiyanın HİK klubunu qəbul edəcək.

 

Sfera.az xəbər verir ki, matçdan öncə təşkil olunan mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

- Bilirik ki, bizim üçün çox önəmli oyundur. Hazırlığımız pis getməyib. Futbolçuların durumu yaxşıdır. Hamımız ciddi formada oyuna hazırlaşırıq. Çalışacağıq ki, sabah meydanda ən yaxşısını edək.

 

- HİK-in Bakıya səfər planı dəyişdi. Sərin Skandinaviyadan gəlirlər, Bakının 45 dərəcə istisində oynayacaqlar. Bu, sizin üçün üstünlükdür?

 

- Deyə bilmərəm. Bu formada suallar çox olub. Dəfələrlə demişəm ki, sərin havada futbolçunun idman forması daha tez yaxşı olur. İstər-istəməz adaptasiya üç gündən sonra başlayır. Onların planlarının dəyişməsinə gəlincə, səbəbini bilmirəm. Bu barədə düşünməmişik. İnanmıram ki, bir günlük isti, ya gecikmə oyun planına təsir etsin. Fikrimiz rəqibi yaxşı analiz edib, hazırlaşmaqdır.

 

- Son vaxtlar məğlubiyyətlər komandada psixoloji gərginlik yaradıb. Sabahkı oyun psixoloji gərginliyi düzəltmək üçün yaxşı şansdır. Bu, əlavə gərginlik yaradır?

 

- Yox desəm ki, yalan olar. Amma biz peşəkarıq, belə hallarla üzləşmişik. İllərdir bu yolla gəlirik. Mənim narahatlığım yoxdur. Bilsəm ki, komandam oyununu, potensialını itirib, gücü yoxdur, narahat olaram. Yox, biz heç bir rəqibdən çəkinmiriksə, onlara qalib gəlmək gücündə olduğumuzu biliriksə, narahatlığımız yoxdur. Amma hər məğlubiyyətdən, düşünmədiyimiz hesablardan sonra gərginlik hiss olunur. Sabah yaxşı oyun göstərmək istəyirik. Bəlkə sürət, dinamika istədiyimiz kimi olmasın. Amma sabah 90 dəqiqə oyuna köklənib, səhvlərdən uzaq olmaq istəyirik.

 

- Sabah uzun aradan sonra yenidən Tofiq Bəhramov adına Respublika stadionunda oynayacaqsınız. Sizin üçün yaxşıdır?

 

- Ola bilər. Amma əvvəl də demişdim ki, bizim üçün Bakının hər yeri doğmadır. Əlbəttə ki, Tofiq Bəhramov stadionu ilə daha tanışıq. Orada da çoxdandır ki, oynamırıq. Stadionun durumu yaxşı idi, pis deyildi. Məşqimizi etmişik. İnanıram ki, faydası olar.

 

- İki il əvvəl HİK "Neftçi" ilə oynamışdı. Heyətlərində dəyişiklik baş verib. Sizcə, onların oyun planında necə, dəyişiklik hiss olunur?

 

- Keçmişə çox da baxmadıq. Bu gün futbol elə səviyyəyə gəlib ki, ildən-ilə dəyişikliklər olur. HİK-in hazırkı durumu ilə yaxından tanış olmağa çalışdıq. Hər komandanın təcrübəsi ildən-ilə artır. Düşüncəmiz sırf bugünkü HİK-lə bağlıdır. Bu komandanın təhlükəli oyunçuları, hücumları var. Onlara diqqət ayırmışıq.

 

- Hansısa futbolçunun zədəsi var? Əsas heyətlə bağlı dəyişiklik olacaq?

 

- Futbolçuların durumu pis deyil. Ciddi problemi olan oyunçu yoxdur. Zədəliləri bilirsiz. Son çempionat matçında oynayan futbolçularda mikro zədələr var. Amma bunun sabah onlara mane olacağını düşünmürəm. Sabah daha yaxşı səviyyədə olacaqlar. Ciddi dəyişiklik gözlənilmir. Amma bir gün vaxtımız var.

 

- HİK-dən gözlədiyiniz ən böyük təhlükə nədir? Hansı tədbirləri görəcəksiz?

 

- Hansı tədbirləri görəcəyimizi burada desəm, düzgün çıxmaz. Amma rəqibin çox yaxşı müdafiə xətti var. "Rakuv"un oyun stilinə yaxın oynayırlar. Sürətli oyunçulara sahibdirlər. Bu məqamda diqqətli olmalıyıq. İldən-ilə təcrübə toplayırlar, istənilən rəqibə qarşı rahat öz oyunlarını diqtə edə bilirlər.

 

- “Rakuv”la oyun və “Zirə” məğlubiyyətindən sonra sanki üzərinizdə təzyiqlər daha çox oldu, tənqidlərə məruz qaldınız. Geridə qalan bir həftəni necə keçirdiz?

 

- Mən Bakını, vətənimi çox sevirəm. Biz hamımız bu vətənin övladlarıyıq. Bizi danlayırılar, narazılıq və etiraz edirlərsə, bunu övlad kimi düzgün qəbul edirik. Biz də vətən üçün çalışırıq ki, məsuliyyətli olaq. Bacardığımızdan da artığını etməliyik ki, vətənimizə. xalqımıza az da olsa, faydamız dəysin. Bunu hər zaman şərəflə yerinə yetirməyə çalışmışam. Sırf bu məsələ haqda çox da fikir bildirmək istəmirəm. Normal hallardır. Mən azərbyacanlılarımı və vətənimi çox sevirəm.


OXŞAR XƏBƏRLƏR

Müəmmalı bir mesaj buraxdı: Yaponiyanın ən gözəl qadını ölü tapılıb

"Yaponiyanın ən gözəl qadını" adlandırılan aktrisa Miho Nakayama “İnstaqram”da son ürpədici paylaşımını paylaşdıqdan sonra hamamda ölü tap...

ABŞ TikTok-un Amerika şirkətinin nəzarəti altına keçməsini dəstəkləyib

ABŞ məhkəməsi son qərara əsasən, TikTok sosial şəbəkəsinə nəzarətin Amerika şirkətinə verilməsi tələblərini dəstəkləyib. Sfera.az xəbər verir ki, bu barədə R...

Putinin geniş mətbuat konfransı bu tarixdə keçiriləcək

Dekabrın 19-da birləşmiş formatda Rusiya Prezidenti Vladimir Putinin birbaşa və geniş mətbuat konfransı keçiriləcək.   Sfera.az xəbər verir ki, ...

Ancelina Colinin oğlu gözlənilməz bir peşə seçib

Aktrisa Ancelina Coli Cimmi Fallonun “The Tonight Show” verilişində övladlığa götürdüyü 23 yaşlı oğlu Maddoksun gözlənilməz bir peşə seçdiyini açıql...

Makron Tramp və Zelenskini qəbul edəcək

Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın yeni prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenskini dekabrın 7-də Yelisey Sarayında qəbul edəcək. ...

Rumıniya Prezidenti İohannis: Seçkilər buna görə ləğv olub...

Rumıniyada keçirilən prezident seçkilərində ilk turda qalib gələn müstəqil namizəd Kalin Georgeskunun seçki kampaniyası xarici dövlətdən dəstək aldığı üçün seçk...