"Aksiyaçıların dirənişindən sonra artıq indi hökumət cəsarətli qərarları ilə öz işini görə bilər"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edirik:

 

- Qüdrət bəy, havaların kəskin soyuduğu bir dönəmdə Şuşada ekoloqların keçirdiyi aksiya nə qədər davam edə bilər

 

 

 

 

- Əvvələr də söyləmişəm ki, onlar xalqımızın vətənpərvər və qəhrəman övladlarıdır. Düşünürəm, onlar problemi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla artıq öz işlərini gördülər. Bundan sonra aksiyanın daha uzun müddətə davam etdirilməsi düşmən tərəfindən bizim zəifliyimiz və çarəsizliyimiz kimi qəbul oluna bilər. Ona görə Azərbaycan hökuməti aksiya iştirakçıları ilə danışmalı, Laçın yolunda aksiyaçıların həyata keçirdiyi nəzarəti dövlət orqanları Ermənistanla sərhəddə həyata keçirməlidir. Düşünürəm ki, aksiya öz məqsədinə çatıb, vətəndaş cəmiyyətinin nümayəndələri seperatçıları və seperatizmi dəstəkləyənləri bir daha başa saldı ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və  Azərbaycan həmin ərazidə dövlət suverenliyini bərpa edəcək. Artıq aksiyaçıların dirənişindən sonra indi hökumət cəsarətli qərarları ilə öz işini görə bilər.

 

- Ukraynada müharibənin gedişi barədə nə deyə bilərsiniz?

 

- Müharibənin başlaması hər bir halda böyük səhv idi. Rusiya özündə güc tapıb bu səhvi düzəltməli, müharibəni dayandırmalıdır. BMT-nin tanıdığı 1991-ci ilin dövlət sərhədlərinə qayıdılmalıdr. Hesab edirəm ki, sülh müqaviləsində Krımda Rusiyanın hərbi baza saxlaması, Ukraynanın NATO-ya qoşulmaması və öz ərazisində xarici hərbi bazalar yerləşdirməməsi, dostluq və əməkdaşlıq barədə öhdəliklər, rus dilinin sıxışdırılmaması, vizasız gediş-gəlişin təmin olunması, Ukraynanın MDB-də fəaliyyətini davam etdirməsi, dövlətlərin bir-birinin daxili işlərinə qarışmaması kimi maddələr öz əksini tapa bilər. Belə olduğu halda hər iki tərəf müharibənin nəticəsini öz xalqına qəbul etdirə və barışa hazırlaya bilər. Maksimalist mövqe və müharibənin qızışması tərəflər üçün proqnozlaşdırılması mümükün belə olmayan ağır nəticələrə yol aça bilər. Onsuz da müharibə böyük itkilərə və dağıntılara səbəb olub. Qardaş qırğınında qalib olmayacaq və tarix buna heç cür haqq qazandırmayacaq.

 

- Ukraynanın tam qələbəsi mümkündürmü?

 

- Qərbin indiki dəstəyi ilə bu mümkün deyil.Rusiyanın məğlubiyyəti həm də qorxulu proseslərə, Rusiyanın dağılmasına yol aça bilər. Bu zaman nüvə silahı millətçi-ekstremist qüvvələrin əlinə düşə və ondan istifadə oluna  bilər. Böyük güclərin və döyüşən tərəflərin müdrikliyi və gücü çatacaqsa qeyd etdiyim formada sülhə nail olmaq olar. Müharibəni başlamaq asan, dayandırmaq isə çox çətindir.


OXŞAR XƏBƏRLƏR

Yaponiyada müflis olan şirkətlərin sayı ARTIR - Rekord təkrarlanır

2024-cü ildə Yaponiyada iflas olan şirkət sayı son 11 ilin rekord həddinə çatıb.   Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, bunun...

Azərbaycanda ət BAHALAŞDI

Son illərdə respublikamızda qoyunçuluğun inkişaf dinamikasında azalma müşahidə edilib. Statistikaya görə, bu ilin yanvar-sentyabr aylarında xırda buynuzlu heyva...

"Rabitəbank"dan YENİLİK - Taksit funksiyalı Kartmane kartı

Rabitəbank, müştərilərinin alış-verişlərini daha rahat idarə etməsi məqsədilə taksit funksiyalı yeni Kartmane kartını təqdim edib. Bu yeni məhsul sərfəli şərtlə...

Azərbaycan futzal millisinin İsveçlə oyun üçün heyəti açıqlandı

Azərbaycan futzal millisinin Avropa çempionatının əsas mərhələsində İsveç yığması ilə keçirəcəyi oyun üçün heyəti açıqlanıb.   Sfera.az xəbər ve...

Əsəd niyə İrana yox, Rusiyaya sığındı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bəşər Əsəd və ailə üzvləri Rusiyanın paytaxtı Moskva şəhərindədir. Bəzi məlumatlara görə, Rusiya Suriyadakı qüvvələrinin təhlükəsiz şərai...

Ölkədən çıxışına qadağa qoyuldu

Cənubi Koreyanın Ədliyyə Nazirliyi Prezident Yun Sok Yolun ölkədən çıxışına qadağa qoyub.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı “Yonhap...