"Mən bundan sonra evdə otura bilmərəm" - İşdən çıxan 70 yaşlı general

Xəbər verdiyimiz kimi dünən Daxili İşlər nazirinin müavini general-leytenant Oruc Zalov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib. Onun yerinə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov təyinat alıb.

  

Oruc Zalov təqaüdə göndərimləsi ilə bağlı Manset.az-ın suallarını cavablandırıb. General bundan sonrakı fəaliyətində ailəsinə, nəvələrinə daha çox vaxt ayıracağını bildirib.

 

"Mən çox ağır zamanlarda işləmişəm, xidmətini aparmışam. İndi də 70 yaşım var. Bundan sonra ailəmlə, nəvələrimlə məşğul olacam. İndiyə qədər gərgin iş buna imkan vermirdi, bundan sonra çalışacam onlara daha çox vaxt ayırım. Təbii ki, bu qədər işləyən adam evdə də otura bilməz. Yəqin ki, hansısa işlə məşğul olacam. Bu barədə hələ danışmaq tezdir. İstirahət edib, sonra baxacam."

 

Əlavə olaraq Oruc Zalov:

 

"Mən sizin xəbər portalınızı oxuyuram, izləyirəm. Çox yaxşı xəbərlər, özəl məlumatlar, yaxşı reportajlar dərc edirsiz. Sizə və kollektivinizə uğurlar arzulayıram."

 

Manşet.az


OXŞAR XƏBƏRLƏR

Müstəmləkəçilərə qarşı mübarizə apararaq bütün Qərbi Afrikaya hakim olan qadınlar - Dahomey Amazonları

Tarixdə kişilərin dominant olduğu cəmiyyətlər hər zaman ön plana çıxsa da, bu yazıda qorxmaz qadın ordusu haqqında oxuyacaqsınız.   Sfera.az sizə Dahom...

Berlində daha bir biabırçı görünüş - Repper sevgilisini Kim Kardaşyana oxşatmaq istəyir

Kanye West və onun həyat yoldaşı Bianca Censori, açıq-saçıq geyimləri və açıq-saçıq ictimai “dəlilikləri” səbəbiylə mübahisələrə səbəb olan, aylarla...

O biri dünyada da rahatlıq vermirlər - ABŞ-ın 11-ci prezidentinin cənazəsi dördüncü dəfə dəfn ediləcək

ABŞ-ın 11-ci Prezidenti Ceyms K. Polk prezidentlik səyahətinə diqqətlə hazırlanmış fəaliyyət planı ilə başlayıb. O, bir çox iddialı məqsədlərə nail ola bilsə də...

Vatsap gələn aydan bu telefonlarda işləməyəcək

Dünyada milyardlarla istifadəçisi olan vatsap gələn aydan köhnə "Android" dəstəkli smartfonlarda işləməyəcək.   Sfera.a...

Ərdoğan: Biz Ermənistandan səmimi addımlar gözləyirik

“Təəssüf ki, Azərbaycan İkinci Qarabağ Müharibəsindən sonrakı üç ilə yaxın müddətdə dəfələrlə ifadə etdiyi haqlı narahatlıqlarına lazımi cavabı tapa bilmə...

BMT: Ermənistanla baş verənləri yaxından izləyirik

Son günlər Ermənistan və Azərbaycan arasında baş verənləri yaxından izləyirik.   Sfera.az xəbər verir ki, bu açıqlama ilə BMT Baş katibinin sözç...