"Minsk Qrupunun fəaliyyətinin reanimasiya edilməsinə bizim ehtiyacımız yoxdur" - MÜSAHİBƏ

"Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və sərhədlərin açılması üçün Ermənistan qonşullarına qarşı ərazi iddialarından və eləcə uydurma "erməni soyqırımı” iddiasından imtina etməlidir".
 
 Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev gündəm məsələləri ilə bağlı Turkustan.az-ın suallarını cavablandırarkən deyib.

- Cavanşir müəllim, bəzi proqnozların əksinə olaraq, hazırda Rusiya sülhməramlı missiyasının nəzarətində olan Azərbaycanın Xankəndi şəhərində qondarma "müstəqillik günü” ilə bağlı hər hansı təntənəli toplantı olmadı. Ermənistan rəhbərliyi də tədbirlərə qatılmadı. Bu mənzərə, həm Ermənistan, həm də Qarabağdakı separatçı-terrorçu rejimin yeni reallıqları tam olaraq qəbul etməsi sayıla bilərmi?

- Həm Ermənistanın, həm də Xankındidə öz-özünü "dövlət qurumu” kimi təqdim edənlərin obyektiv reallığı qəbul etməkdən başqa yolları qalmayıb. Reallıq isə ondan ibarətdir ki, Qarabağ ərazisində heç zaman heç bir erməni dövləti olmayıb, yoxdur və heç zaman da olmayacaq. "Dağlıq Qarabağ Respublikası” adında heç bir siyasi - dövləti qurumun mövcud olmadığını, uzun illər siyasi rəhbərləri tərəfindən aldadıqlarını bu il həmin ərazidə yaşayan sadə erməni əhalisi də yəqin ki, anladı. Erməni siyasətbazlarının və millətçilərinin növbəti mifi - "Arsax” mifi də belə dağıldı.

- Son günlər həm Türkiyə, həm də Ermənistan tərəfindən dövlət başçıları səviyyəsində münasibətlərin qurulması yönündə mesajlar verilir. Bu mesajlaşmanı necə qiymətləndirirsiniz və perspektivini necə görürsünüz?

- Müsbət mesajların verilməsi hələ hadisələrin müsbət məcraya istiqamətlənməsi demək deyil. Türkiyə ilə münasibətlərin normallaşdırılması Ermənisana hava-su kimi lazımdır. Dediyiniz mesajlar Ermənistan hakimiyyətinin bunu anladığını göstərir. Amma bütövlükdə Ermənistan siyasətinin buna hazır olması o qədər də inandırıcı görünmür. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və sərhədlərin açılması üçün Ermənistan qonşullarına qarşı ərazi iddialarından və eləcə uydurma "erməni soyqırımı” iddiasından imtina etməlidir. Hal-hazırda bu mövzuların Ermənistan siyasi gündəminə çıxarılması ölkədə qarşıdurmanı daha da gücləndirəcək və hökümət belə bir daxili konsensus yaratmağa nail olmayacaq. Ona görə də məncə, bu mövzu uzun müddət bəyanatlarda, çıxışlarda səslənəcək, amma yaxın vaxtlarda real həyata vəsiqə qazanması mümkün görünmür.

- Ermənistan rəhbərliyi bütün səviyyələrdə münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində, "tərəflərin əvvəl qəbul etdiyi prinsiplər əsasında” çözülməsini təşviq edirlər. Bu fikir, Ermənistanın yeni xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya səfəri zamanı da səsləndirildi. Bunda məqsəd nədir? Və bu üçtərəfli formatda aparılan danışıqlara, Rusiyanın təkbaşına vastiəçiliyinə etimadsızlıq sayıla bilərmi?

- Birincisi, ATƏT-in Minsk Qrupu çərçivəsində 30 ilə yaxın davam edən danışıqlarda heç bir prinsip qəbul olunmayıb. Sadəcə həmsədrlərin təklifləri mövcud olub, amma Azərbaycan tərəfi ölkənin ərazi bütövlüyündən başqa heç bir prinsipi məqbul hesab etməyib. Əgər həmin təkliflər Ermənistanı qane edirdisə, niyə Ermənistan danışıqlar prosesini mütəmadi olaraq pozurdu və danışıqlar aparmaq istəmirdi? İkincisi və ən əsası isə ondan ibarətdir ki, İndi Azərbaycanın Ermənistanla həmin mövzular üzrə danışıqlar aparmağına ehtiyac qalmayıb. İndiki mümkün danışıqların mövzusu tamamilə fərqlidir və bu danışıqlar Rusiya, Azərbaycan və Ermənistan hökümətləri arasında üçtərəfli komissiya formatında aparılır. Bu danışıqların məzmunu 9 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarının yerinə yetorilməsi ilə bağlıdır. Bu danışıqlar ləng də olsa gedir və ATƏT- in Minsk Qrupu formatına ehtiyac yoxdur. Ümumiyyətlə, ATƏT- in Minsk Qrupu öz missiyasını yerinə yetirə bilməyərək iflasa uğrayıb. Biz bölgə problemlərini elə ATƏT-siz daha obyektiv, daha səmərəli və daha tez həll edirik. Ona görə də Minsk Qrupunun fəaliyyətinin reanimasiya edilməsinə bizim ehtiyacımız yoxdur. Ermənistanın tez-tez Minsk Qrupuna istinad etməsi isə onların növbəti xam xəyalından başqa bir şey deyil.

OXŞAR XƏBƏRLƏR

Bu universitetdətəkrar ali təhsilə qəbul sayı2,5 dəfə artdı

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2024/2025-ci tədris ili üzrə təkrar ali təhsilə qəbulun nəticələri açıqlanıb.   Sfera.az xəbər verir...

Ermənistan rəhbərliyinin COP29 iştirak etməməsi sülh prosesinə necə təsir edəcək? - AÇIQLAMA

“Ermənistan rəhbərliyinin COP29 tədbirində iştirak etməməsi sülh prosesinə mənfi təsir etməyəcək”.   Bunu Sfera.az-a açıqlamasında polito...

Baş nazir QƏRAR İMZALADI

Nazirlər Kabineti “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqınd...

Gələn il Xankəndi və Ağdərədən büdcəyəgəlirlər daxil olacaq

İşğaldan azad olunmuş ərazilərimiz ölkə iqtisadiyyatına yenidən inteqrasiya olur.   Sfera.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin...

İsraillə müharibə Livana milyardlarla dollara BAŞA GƏLİB

İsraillə müharibə Livana 20 milyard dollara başa gəlib.   Sfera.az xəbər verir ki, bunu Livanın iqtisadiyyat naziri Amin Salam deyib.   Mə...

COP29 iştirakçıları viza və akkreditasiya sistemindən niyə razı qaldı? - Detallar AÇIQLANDI

COP29 tədbirində on minlərlə nümayəndə qeydiyyatdan keçib.   Sfera.az xəbər verir ki, bunu Akkreditasiya və Viza Departamentinin direktoru Fidan Yusu...