Münasibətlərdə əks cinsdən soyumağa səbəb olan davranışlar – Tərk edilmək istəmirsinizsə...

Münasibətlərdə əks cinsdən soyumağa səbəb olan davranışlar – Tərk edilmək istəmirsinizsə...
Doğru insanı tapmaq bəzən düşündüyünüzdən də çətin ola bilər. Ətrafınızda bu qədər insan varkən, "doğru”nu tapmaq üçün müxtəlif mərhələlərdən keçmək gərəkir. Partnyorunuzun münasibət boyu davranışı çox önəmlidir. Belə ki, bəzi hərəkətlər sizi qarşı tərəfdən soyuda bilər. 

Sfera.az bildirir ki, psixoloqlar sevgi münasibətindən soyumağa təhrik edən əsas davranışların aşağıdakılar olduğunu bildirirlər:

Cinsi yaxınlıq barədə danışıqlara erkən keçid – Münasibətin başında olmanıza rəğmən tez-tez cinsi münasibətlərdən söz açsanız, bu qarşı tərəfi yora bilər. Bu cür söhbətlərə girməmişdən əvvəl münasibətin bir qədər irəliləməsinə icazə vermək lazımdır. Beləliklə, qarşı tərəfin də arzularını öyrənməyə fürsət tapmış olarsınız.

Telefon – İki halda sizi münasibətdən soyuda bilər:

1. Partnyorunuzun davamlı olaraq telefona baxması
2. Partnyorunuzun sizin telefonunuzu kontrol etmək istəməsi

Hər iki vəziyyət münasibətdən soyumağa və güvənsizlik hissinin yaşanmasına səbəb olur. 

Yalan danışmaq - Cütlüklərin bir-birlərinə yalan deməsi etibarlılığı zədələyir. Bir münasibətin ən önəmli nöqtəsi güvəndir. Güvən yoxdursa, münasibəti davam etdirməyin də mənası yoxdur. Partnyorunuzun yalan söyləməklə bağlı vərdişinin olmasını kəşf etməniz sizin münasibəti bitirmək üçün ilkin səbəbiniz ola bilər. 

Ailə ilə tanışlığın olmaması - Partnyorunuz heç bir vəchlə sizi ailəsi ilə tanış etməyə cəhd etmirsə, demək ki, münasibətinizdə problem var. Sevdiyiniz şəxsin sizi ailə üzvləri ilə tanış etmək fikri yoxdursa, demək ki, sizinlə hər hansısa gələcək planlamır. Bu hal sizi münasibətdən soyuda bilər.
 
Dostlarla tanış etməmək - Sevgiliniz ailəsi ilə yanaşı, sizi dostları ilə də tanış etmirsə, münasibətinizin gələcəyi ilə bağlı problem var. Bu durum sizi münasibətdən soyuda bilər. Partnyorunuzun dost çevrəsini bilməyiniz, güvən hissinin formalaşması üçün önəmli kriteriyadır. 

Gigiyenik qaydaları önəmsəməmək - Bir insanın şəxsi gigiyenasına fikir verməsi çox önəmli məsələdir. Dişlərini fırçalamayan, yaxud da gec-gec duş alan birini kim partnyor kimi istəyə bilər ki? Özünüz kimi eyni zamanda olduğunuz ortamın da təmiz olmasına çaba göstərməlisiniz. Nə də olsa, "aslan yatdığı yerdən bəlli olur”. 

Simiclik - Simic olmaq münasibəti məhv edə bilər. Qənaətcil olmaq yaxşı xüsusiyyətdir, lakin içdiyiniz suyun qiymətinə belə fikir verən, yediklərinizi hesablayan, sizə aldığı hər şeyin hesabını üzünüzə vuran birini istəməzsiniz. 

Tənbəllik - Sevgilinizlə gəzmək və əylənmək ən təbii haqqınızdır. Lakin partnyorunuzla heç bir halda gəzmək və hansısa məşğuliyyətə zaman xərcləmək istəmirsinizsə, münasibətinizi bir də gözdən keçirin. İstəksizlik münasibətdən soyuda bilər. 

Naz etmək, küsəyən olmaq - Qədərini bildiyiniz halda naz etməyin, küsməyin elə də problemi yoxdur. Lakin hər  məsələdə problem yaratmaq istədiyini həyata keçirmək üçün silahdır. Qısacası, çox naz aşiqi usandırar.

Davamlı olaraq ayrılıqdan söz açmaq - Ən kiçik mübahisədə "ayrılaq” demək münasibətin təməlinin sağlam olmadığını göstərən əlamətdir. İki şəxs bir-birini sevirsə, problemləri həll etmək istəyər, o dəqiqə ayrılmağı seçim olaraq görməz. Bu baxımdan davamlı olaraq ayrılıqdan söz açan partnyorunuz varsa, bu, münasibətinizin yaxşı irəliləmədiyi anlamına gəlir. 

İnci
Sfera.az



Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Hacıbala Abutalıbovun 29 il öncəki mitinqdə çıxışı yayıldı - VİDEO

Sosial şəbəkələrdə Hacıbala Abutalıbovun maraqlı videosu yayılıb.   Sfera.az xəbər verir ki, görüntülər 1992-ci ilin aprel ayında çəkilib.   Hacıb...

"Cavan oğlana oxşayır" - Vahid Əhmədovun 85 yaşlı kişi ilə zarafatı - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində olublar. ...

25-ci əsrdən gəldiyini iddia edən şəxsdən qorxulu İDDİA: Dekabr ayının 25-də - FOTO

Sosial mediada "Thatonetimetraveler” adı ilə məşhurlaşan şəxs iddiaları ilə gündəmə gəlib. Sfera.az xəbər verir ki, o, 2485-ci ildən gəldiyini irəli sürür...

Kişilər hansı qadınları əsla TƏRK ETMİR? - Məşuqə, dost, yoxsa...

Sizcə, kişilər hansı qadınları tərk edir? Cavab: Hamısını! Amma gəlin, bir az obyektiv olaq. Kişilərin birinci düşməni ərköyün, isterik, baxımsız, yaxınlıqdan ...

Həftənin ulduz falı – Hansı bürcü nə gözləyir?

Günəş enerjisinin aktiv olduğu bir həftədəyik. Həftənin başlanğıcında, xüsusən bazar ertəsi yaşadıqlarınızı qeyd edin çünki bu hadisələr gələcək 6 ayda başını...

İnsanlar falçıların, cadugərlərin toruna necə düşür? – Açıqlama

Cəmiyyətin əsas bəlalarından biri də özünü falçı adlandıranların toruna düşən şəxslərdir. Xüsusilə xanımlar arasında falçıların yanına gedən, bu kimi insanlar...